Mən niyə qayıtdım, bu nəyə gərək?
Sovulmuş bağlarda nə gül, nə çiçək….
Damların çatında bomboş yuvalar
Qurumuş kolları döyəcləyir qar.
Burda bambaşqadır indi mənzərə,
Tufanın əlində qalıb dağ-dərə.
Yenə motal kimi buludlar şişir,
Əsrin yarısını yağış
güzəyir.
Yağsın… Yağsın…
Sudan qorxmaz islanmış,
Dünyanı yuyacaq yəqin bu yağış…
Çölləri, gölləri,
dağ başını
da,
Yolları, zamanı, göz yaşını da.
***
Bizi tərk etmirlər ölənlər,
əsla,
Atam da, babam da,
ulu babam da.
Məni izləyirlər
nə qədər sağam,
Həmişə gəlirlər mənim arxamca.
Bu boranlı çölün
öz tufanı var,
Əcdadların ruhu - ürəyimdə şam.
Sevinci də bölər, qəmdən
qoruyar,
Necə ki, onları unutmamışam.
***
Töküb çiçəyini
meşə gilası,
-
Dibində Allahın
bir qarışqası...
Qarışqa yarına
ləçək aparır,-
O qədər bəyazdı,
ağdı bu ləçək
Sevgidən, inamdan xəbər verəcək.
Yetirə bilmədi
bəlkə yarına,
Hayandan başladı bu külək andır?
Nələr baş vermir ki, qoca
dünyada
Hərdən səadəti
külək aparır…
***
Hər şey qayıdacaq, dönəcək
bir gün,
Hərənin ağzında bir cürə avaz.
Hamımız göylərə
baxırıq, amma…
Di gəl ki, göylərlə hesablaşan
az.
Anadan olanda dünya hər kəsə
Həm bal bağışlayır, həm
də ki, zəhər:
Ötəri sevincin,
bəxtiyarlığın
İçindən doğulur əbədi kədər.
Yoxsa bu dünya da mövcud
olmazdı,
Sonsuz kainatda dünya bir ölkə.
İnsana, torpağa
baş əyirəm ki,
Mən də bu dünyada
sevildim bəlkə.
Yevgeni Yuşin
Tərcümə edəni:
Knyaz QOÇAQ
Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.5.