“Göy tanrı” romanı

 

Daşkənddəki "Şərq" nəşriyyat-mətbəə Səhmdar Şirkətində Azərbaycanın xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının "Göy tanrı" romanı özbək dilində nəfis şəkildə çap olunmuşdur.

Kitabı orijinaldan tanınmış özbək şairi Usman Kuçkar tərcümə etmişdir.

Üç min tirajla çap olunmuş romanda Azərbaycan, o cümlədən Şərq tarixində böyük rol oynamış Oğuz xanın və qədim türklərin mənşəyi və keçdiyi yollardan, eləcə də təkallahlılığın mühüm mərhələsi olan Göy tanrı inancından söhbət açılır.   

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.2.