Ukrayna milli televiziyasının birinci kanalında “Cavad xan” bədii filmi nümayiş etdirilib

 

Ukrayna milli televiziyasının (UMT) birinci kanalında "Bizim kino" studiyasında istehsal edilmiş "Cavad xan" bədii filmi (rejissor Rövşən Almuradlı) Ukrayna dilində nümayiş etdirilmişdir.

Film Ukrayna dilinə Azərbaycanın Ukraynadakı səfırliyi tərəfindən tərcümə edilmişdir. Ölkəmizin diplomatik nümayəndəliyində AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, UMT yaxın gələcəkdə öz tamaşaçılarını Azərbaycan kinematoqrafçılarının müxtəlif illərdə çəkdiyi digər fılmlərlə də tanış etməyi planlaşdırır.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.-S.2.