Knyaz Qoçaq
Azərbaycanı Rusiyada
layiqincə təmsil edən qələm sahiblərindən
biridir. Azərbaycanlıların hələ sovet dönəmində
iş axtardığı və məskunlaşdığı
Tümen vilayətində qəzet redaktorudur.
Hekayələri,
şeirləri, esseləri, resenziyaları vaxtaşırı
Rusiyanın mötəbər qəzet və jurnallarında
çap olunur. Ancaq ən önəmlisi Knyaz
Qoçağın redaktoru olduğu qəzetin Azərbaycanla,
Azərbaycan ədəbiyyatı ilə ünsiyyətidir.
"Nefteyuqansk oqni" qəzetinin tək-tək sayı ola
bilər ki, orda Azərbaycan ədəbiyyatının
çağdaş mənzərəsi haqqında söz deyilməsin.
Ayda bir dəfə isə "Literaturnı Azerbaydjan"
jurnalının xülasəsi dərc olunur. Əlbəttə,
bütün bunlar cəmi Tümen vilayətində nüfuz
sahibi olan Knyaz Qoçağın xidmətidir. Bəs kimdir
Knyaz? Bir dəfə görüşmüşük. O da
ötəri. Azərbaycan Yazıçılar Birliyinə
üzv qəbul olunduğunu eşidib gəlmişdi. Məlum
oldu ki, Beyləqanın Şahsevən kəndində orta məktəbi
bitirəndən sonra ali ədəbiyyat təhsili almaq
üçün böyük qardaşlarının
yaşadığı Tümendə bəxtini sınayıb.
Nəticə göz qabağındadır. O ki, qaldı rus
dilində yazan Knyazın rus şairi Yevgeni Yuşindən
etdiyi tərcümələrin səviyyəsinə,
sanbalına, hər halda Knyaz Qoçaq peşəkardır. O
tərcümələr məndə də xoş ovqat
oyatdı.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.5.