Nizami muzeyi ekspozisiyası:

elmilik tarixilik

         

 AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi özünün 70 illik fəaliyyəti ərzində xalqımızın mənəvi zənginliyini, mədəni inkişaf tarixini, ədəbi bədii təfəkkürü tarixində onun yerini rolunu müəyyənləşdirib, təqdim təbliğ edir.

Çünki muzey hər bir xalqın istər keçmişinin, istərsə müasir mədəniyyətinin obrazlı şəkildə "parlaq güzgüsüdür". Muzey ekspozisiyasında tarix ədəbiyyatın dili ilə ehtiva edilir. Məhz bu istiqamətdə Nizami muzeyi xalqımızın milli ədəbi-tarixi dəyərlərini təbliğ etməklə tamaşaçı yaddaşında silinməz iz qoyur, xalqla mənəvi irs arasında körpü - təmas yaradır. AMEA-nın müxbir üzvü, prof. Rafael Hüseynov yazır: "Orta əsrlərdən XX əsrə qədər yazılmış təzkirələrin, ədəbi tarixi mənbələrin məlumatlarına əsasən hesablanmışdır ki, ən qədim dövrlərdən XXI əsrə qədər Azərbaycanın dörd minə yaxın şair nasiri olmuş, fəxr etdiyimiz ədəbi mirası onlar yaratmışlar". Hər gün muzey bələdçiləri tərəfindən qürur hissi ilə yad edilən əvəzsiz miras milli klassiklərin adı ilə bağlıdır. Bu mənada akademik Q.A.Arbatov yazır: "Azərbaycan eyni zamanda dünyanın əsl mədəniyyət sarayı olan Nizami muzeyinə minnətdarlığımı bildirmək istərdim, çünki Azərbaycan xalqının, onun dühasının bəşəriyyət mədəniyyətinə bəxş etdiyi pay danılmazdır. Muzey ekspozisiyasında buna bir daha əmin oldum".

Deməli, istər klassik, istərsə müasir Azərbaycan ədəbiyyatrı dünya ədəbiyyatı tarixi miqyasında öz silinməz möhürünü vurmuşdur. Bu mənada "Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyi klassiklərin hamısını qovuşduran müqəddəs ocaq, üç minillik ədəbi inkişaf yolu"nu hidayət nuru ilə işıqlandıran misilsiz "qoruqdur".

Hərgah şimallı-cənublu bütöv Azərbaycan torpağına ekskurs etsək, şahidi olarıq ki, "Azərbaycan coğrafi mövqeyi inkişaf xüsusiyyətlərilə həm Avropaya aiddir, həm Asiyaya, həm Şərqə mənsubdur, həm Qərb ölkəsidir. Bu özəllik hər bir azərbaycanlının düşüncəsində məişətində" yaşayır. Azərbaycan bir ərazi kimi müxtəlif mədəniyyətlərin qovşağında yerləşdiyi üçün ədəbiyyatımızın Şərq Qərb sintezində əlaqələri təəccüb doğurmur. Bu mühüm tarixi fakt müfəssəl şəkildə muzey ekspozisiyasında əks etdirilir.

70 il ərzində yaranma tarixi, formalaşması, klassik müasir ədəbiyyatımızın inkişafı sahəsindəki müstəsna rolu baxımından özünü tam təsdiqləyən Nizami muzeyi mürəkkəb şərəfli yol keçmişdir. Bu gün əsaslı təmirdən sonra prof., AMEA-nın müxbir üzvü Rafael Hüseynovun ekspozisioner muzey əməkdaşlarının səyi nəticəsində 30 zalı (əvvəl 23 zaldan ibarət idi) əhatə edən yeni ekspozisiya muzeyşünaslıq baxımından müasir tələbata tam cavab verir. Milli zəminə bağlı, yeni materiallar yeni faktlar əsasında düzənlənən bu monoqrafik guşələr elmiliyi tarixiliyi ilə bitmiş bir sənət əsərini xatırladır. Çünki tarixi-xronoloji ardıcıllığı ilə hər bir sənətkarın ədəbi-bədii yaradıcılığı birər-birər, son dərəcə ciddi məsuliyyətlə tədqiq edilmiş, fikir süzgəcindən keçirilmiş elmi faktlara istinadən "ön sonu tamamlamışdır".

Arxeoloji qazıntılar zamanı tapılan rəsmli cam qablar, əsrlər keçməsinə baxmayaraq, öz parlaqlığını qoruyub saxlayan kaşılar, Nizami Gəncəvinin məzarından tapılmış tirmə parça, təzkirə, cüng "Divan"lar, Şuşanın təməl daşını qoymuş Pənahəli xanın üstü "Quran" ayələrilə süslənmiş "gülləbatmaz" köynəyi bu kimi əsrlərdən boylanan təkrarolunmaz eksponatlar ilk öncə tarixi nöqteyi-nəzərindən qruplaşdırılaraq əyani salnamə kimi təbliğ edilir ekspozisiya zallarına xüsusi əzəmət tarixi görkəm verir. Çünki hər bir eksponat "donuq" yersiz deyil, "göydən düşmə" təsiri bağışlamır. İrili-xırdalı bu zəngin eksponatlar sanki canlıdır, sənətkarın yaşayıb-yaratdığı dövrü əks etdirir, yazıçının yaradıcılığı haqqında faktlara söykənərək bəhs edir. "Həqiqətən muzey eksponatı Nizami Gəncəvi dühasını, Füzuli kədərini, Nəsimi fəlsəfəsini, Vaqif müdrikliyini", M.Ə.Sabirin özünə, qələminə xarakterinə məxsus acı gülüşünü, Cavid-Cavad-Müşfiq üsyanını, "Vahid-Vurğun ehtirasını yaşadır". Çünki təbliğ edilən eksponat, fikir mülahizələr, mətn bədii parçalardan nümunələrin hər biri özü-özlüyündə qələm sahibinin yaşanmış ömrünü birər-birər yad edir.

Böyük əhəmiyyətə təsiredici gücə malik olan muzey eksponatları hər sənətkarın yaradıcılıq dünyası ilə tamaşaçı arasında əyani vasitəyə çevrilir. Bunlar aydın, müxtəlif təbəqələrdən olan tamaşaçı kütləsinə fövrən çatan, son dərəcədə diqqətli araşdırılmış, seçilmiş bədii elmi mətnlərdir. Məhz bu mətnlərin köməkliyi ilə hər bir qələm sahibinin sənətinin dərin ictimai, siyasi-fəlsəfi, bədii mahiyyəti bütün çalarları ilə nümayiş etdirilir. Çünki sənətkarın əsl qüdrəti, fitri istedadı onun sözünün qüdrəti ilə ölçülür. Tamaşaçını başqa bir mühitə, duyğular aləminə salır, həyəcana gətirir, həyatı dərk etməyə sövq edir. "Muzeyin öyrədicilik missiyasını" nəzərə alaraq, təmirdən sonra, küçəyə baxan "vitrinlərdə görkəmli klassiklərimizin portretlərinin yerləşdirilməsi onların hikmətli fikirlərinin əks olunması yoldan ötənləri ayaq saxlamağa, oxumağa, qeyd götürməyə səsləyir…" "Söz məbədi" adlandırılan Nizami muzeyində - elmi tədqiqatlar toplusu olan "Risalə", mənbələr toplusu "Qaynaq", tərcümə toplusu "Şərq", muzey fondunun saxlanclarındakı zəngin materialları əhatə edən "Kataloqlar toplusu", yubiley tədbirləri ilə bağlı mərasimlər toplusu olan "Məclis" elmi ictimaiyyətin geniş oxucu kütləsinin…." böyük marağına səbəb olmuş, rəğbətini qazanmışdır.

 

Gülzar İBRAHİMQIZI

Ədəbiyyat qəzeti.- 2010.- 12 noyabr.- S.2.