Sonu qələbədir belə qeyrətin
Azərbaycanın Milli
Qəhrəmanı
Mübariz İbrahimovun
əziz xatirəsinə
Düşmənə nifrətin dəryalar qədər,
Özün fidan idin, fidan
Mübariz.
Sənsiz könlümüzü
bürüdü kədər,
Yoxsan aramızda nədən, Mübariz?
Adının mübariz
sehrinə uydun,
Hamını bir anda heyrətdə qoydun;
Zülmətin bağrını
sən elə oydun,
Gəldi şəfəqlərdən sədan,
Mübariz.
Elim fəxr
eləyir sənin adınla,
Yaşa bu ölümsüz, mərd həyatınla.
O uca göylərdə uç
qanadınla,
Yayılsın ədalət
nidan, Mübariz!
Vətənə can qurban
edən igidim,
Mən də sənin üçün
can qurban edim.
Şəninə yaralı
bir şeir dedim,
Ey məni pərişan edən, Mübariz.
Qəhrəman oğlusan
elin, millətin,
Tarixə yazıldı bu şücaətin.
Sonu qələbədir
belə qeyrətin,
Qalib gələcəkdir
Vətən, Mübariz!
Kəmalə
Ədəbiyyat qəzeti.- 2010.- 26 noyabr.- S.4.