Zarafat deyil
Şair, şənliyinə
gələ bilmədim,
Kəsdi amanımı zəhrimar qrip.
Heyif, o məclisdə
görmədi heç
kim
Necə sevinirdi küncdə bir qərib.
Gözləri səndəydi,
əli çənədə;
Susub dinlədikcə danışanları.
Elə çırpınırdı
sözlər sinədə
Heç elə qaynaşmır arı şanları.
Bildik bu hikməti tələbəlikdən,
Dünyanın özü
də sözdən doğulub;
Söz var deyiləndə keçib ilikdən,
Söz var tüstülənib, özü
boğulub.
Dibçəkdə cücərən
dibçəkdə soldu,
Torpağa zərrəcə
xeyri dəymədi.
Şükür, keçdiyin
yol şərəfli yoldu,
Ləyaqət gözlədi,
qapı döymədi.
Bir əl yazdığını bir
əl silirsə
Şairin şöhrəti
yamaq ad deyil.
Yetmiş beş özü də haqdan gəlirsə -
Yaxşı mükafatdı,
zarafat deyil!
Eyvaz BORÇALI
Ədəbiyyat
qəzeti.- 2010.- 8 oktyabr.- S.6.