Öz-özümlə yubiley müsahibəm

 

- Demək, yetmiş beşarxada qaldı…

Saqqalın ağardı, bağın saraldı…

Yuvarlaq sayınla gəldi yubiley.

Dostun Fikrət Sadıq demiş: "yu-biley"

- Yumağa var kisuallar hanı?

Olmaya, bu imiş sözünün canı?

- Yaxşı, de, yazıb-pozursan, danış.

Romanmı, şeirmi? Bilsin dost-tanış.

Bəlkə memuarlar könlündən keçir?

Ağlına gələni kağıza köçür

- Əzizim, qurtardı mənim romanım,

Baxıram, boşalıb o yan-bu yanım.

Göylərə yollanıb ilham pərisi,

Çətin ki, təzədən yerə enəsi

- Axı yubileydiQəm daşını at,

Material gözləyir qəzet, mətbuat

- Yazsınlar, filankəs sağdır hələ ki.

Təxirə salınıb fələyin rəngi

- Bəs sözün-söhbətin? Bəs planların?

Olmaya, tükənib daxılda varın?

Qocalıb qaldınmı beli bükülü,

Təsbeh fırladırsan gözü mürgülü?

Sənə yer verirlər avtobuslarda?

- Şükür, böyük-kiçik tanıyan var da

- Yubileylə bağlı bir qədər danış.

- Şeypurlar çalınır. Gül-çiçək, alqış

Toqquşan badələr, atəşin tostlar,

Mübarək kəlamlar, kövrələn dostlar

- Yenə zarafat atına mindin

Nədir umacağın, nədir niyyətin?

- Havalar bürküdürGöylərə bir bax

           Deyəsən, inşallah, yağış yağacaq

 

 

           Səyavuş Məmmədzadə

 

           Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.6.