Anamın əlləri
Hər şey qurtardı artıq,
Nəyim varsa yığmışam.
Vida üçün bir qədər əyləşək,
əziz anam.
Mərhəmətli əllərin
susur, ancaq bilirəm,
Onlar çox şey söyləmək istərlər
mənə bu dəm.
Ah, anamın
əlləri…
Mən onları sevirəm hələ körpə çağımdan.
Yolum düşsə
də dünya, aranından, dağından,
Onlardan bir an belə ayrıla
bilmirəm mən.
Yox, doymaram əllərin həlim, isti ətrindən.
Ah, anamın
əlləri…
Üstünüz qırış-qırış,
xal-xal olar, ey əllər,
Siz nələr çəkmisiniz
bilir obalar, ellər.
Bu əllərdə
göz açıb mən gəzərkən vətəni,
Vətənimə bənzətdim,
əziz anam,
Mən səni.
Bizdən sonra
A.Voznesenskiyə
Bizdən sonra hər nə var
Qalar, bizsə qalmarıq.
Dünya daha bəxtiyar
Olar, bizsə qalmarıq.
Alovun göz yaşın
Axıdıb, uçur ulduz.
Heç nə yaşatmaz onu
Nə bir səda, nə bir iz.
Ölüm də haqlar canı,
Qorxmuram. Pisdir ancaq,
Torpaq ilə səmanın
İttifaqını qırmaq.
Qoy nazik bir sap kimi,
Gözə görünməz olum.
Bir dərənin
nəsimi,
Ya yalqız bir səs olum.
Olub keçənlərlə
bil,
Ayrılmaq asan deyil.
Şirini, acısı
da
Qəlbdə
Buzlaşan deyil.
Ancaq kimsə
gülər, şən,
Çıxar yola bir gün də,
Dəmətdən yarpaq düşər
Pəncərəmiz önündə.
Bizdən sonra hər nə var,
Necə var, elə qalar.
Sevilməyən qadın yoxdur
Sevilməyən qadın
yoxdur, yox, inan,
Görüşməyən deyirsənsə var ancaq.
Kimsə ötüb
keçir onun yanından,
Oturmaq lazımkən bir an oturmaq.
Sevilməyən qadın yoxdur. Çox
qəşəng,
Hər qadının ülvi eşqə haqqı var.
Balıqqulağı içində
incitək,
O, qəlbində
məhəbbəti yaşadar.
Düzəlməyən nədir
ki, bu dünyada,
Bir çətini gərək
hamı həll edə.
Sevilməyən qadın
yoxdu dünyada,
Sevilməyən kişilər var hələ də.
Ancaq qəlbimdə
mənim
Bu gün
Məktublarını
Yandırdım
Cırdım, atdım.
Baxdıqca onlara mən ürəyim yandı yenə.
Yadıma düşdü
birdən -
Vərəqləri mən necə öpmüşəm
dönə-dönə,
Sənin məhəbbətindən ayrılarkən
əbədən.
Kədərli həyəcanla
Sənin məktubların
ah,
Ocaqda yanıb-yanıb, külə
dönüb uçdular.
Mənim qəlbimdə
ancaq
Bir məhəbbətli
güşə
Daim sənin adının üstünə işıq
salar.
Sən burda
bəxtiyar idin
Sənin yaşadığın
mənzilə gəldim,
Bura başdan-başa sənlə
doludur.
Sənin gülüşüntək
Mənzil gözəldi.
Səpsərin çiçəklər
-
Əlin, qolundur.
Ətrin rənglərinə
bürünüb otaq,
Bu görüş yerində
niyə çaşmışam?
Keçmiş itkiləri
yada salaraq,
İzn ver yandırım otaqda bir şam.
Sanki burda
hər şey tanışdır mənə,
Telefon - qovuşduq onun teliylə.
Kürsü itəlinib
otaq küncünə,
Açıq pəncərədən meşəni
dinlə.
Otaq salamımı
yetirər sənə,
Baxıb-boylanaram qəmli kandardan.
Bir qədər
yubanmaq istərəm yenə
Sənin yanında,
Halbuki, burada sən əsla yoxsan.
İllər keçəndən sonra
Ötüb keçdi
neçə il…
Yenə həmin
küçədə
Biz qəflətən
görüşdük,
Bir izdiham içində.
Allandı yanaqların
sən utandın necə də,
Haqqında düşünməyə bir
macal tapdım mən də.
Sən ətrafa
boylandın həyəcanlı
idin çox,
"Aman
Allah…" - deyib mən
Pıçıldadım uzaqda.
Bəlkə bizə
qayıtmaq lazım idi, amma yox,
Tapmazdıq bir-birini biz geri qayıtsaq da.
Məhəbbət gedən zaman
Məhəbbət əbədi
çıxıb gedərkən,
Ona mərhəmətli, qayğıkeş
ol sən.
Olmuşlar könlündən
düşsə də
uzaq,
Xatirələr səndə yaşayır
ancaq.
Bir xahişim
var ki,
Mərd, nəcib ol sən.
Könlün fitnələrdən
kaş uzaq ola.
Məhəbbət əbədi
çıxıb gedərkən,
Onu öz adına layiq
sal yola.
Keçmiş taleyindən
ol daim razı,
İnciklik, etiraf çıxmasın yaddan.
Bu gün
keçmiş üçün
borclarımızı
Biz qaytarmalıyıq ürəklə,
inan.
Çalış öz eşqinə layiq ol, layiq,
Gəldi, yoxsa çıxıb getdi məhəbbət.
Səadət üçün
biz
Bir cərgədəyik,
Bədbəxtlik qiyməti
Növ-növdü fəqət.
Andrey Dementyev
Tərcümə edəni: Yusif HƏSƏNBƏY
Ədəbiyyat
qəzeti.- 2010.- 8 oktyabr.- S.7.