Şair Andrey Dementyev Bakıdadır

  

Mən ilk dəfə onunla redaktoru olduğu "Yunost" jurnalında görüşdüm. Şair Nikolay Novikov bir neçə şerimi adı çəkilən jurnala təqdim etmişdi. Adətən redaktorlar quru, rəsmi, qaraqabaq, adamayovuşmaz olurlar. Lakin Andrey Dementyevdə gülər üz, məhəbbətlə baxan gözlər gördüm. O, Moskvada keçirilən bütün ədəbi tədbirlərimizin fəal təşkilatçısı və təbliğatçılarından biridir. Rəsul Rza, Bəxtiyar Vahabzadə və başqa şair, yazıçılarımızın yaradıcılığı barədə necə odlu necə oldu, ehtiraslı çıxışlarda bulunduğunu çox görmüşəm.

Sovet imperiyası dağılmağa başladı.

"Sovetskiy pisatel", "Detskaya literatura" nəşriyyatlarında əsasən Jakov Kozlovski tərəfindən tərcümə olunub, çapa hazırlanan kitablarımın kitabı bağlandı. Çap işi dayandırıldı. Giley-güzarla başımı götürüb A.Dementyevin yanına gəldim.

- Sən bu dağılmaqda olan vaxtda qurbansan, - deyib qarma-qarışıq fikirlərimə aydınlıq gətirdi. Sağ olsun! Açıqlığı, mərdliyi ürəyimcə olanın şeirləri də ürəyimcədir. Bəzi seçmələrini sevə-sevə, çox rahat çevirdim.

 

 

Yusif HƏSƏNBƏY

 

Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.7.