Əlişir Nəvai

   

  Deyil asan bu meydan içrə durmaq, — Nizamiylə pəncə-pəncəyə vurmaq!..” Böyük Nəvainin bu sözləri dahi Nizami sənəti qarşısında onun duyduğu güclü məsuliyyət hissinin aydın ifadəsidir. Ancaq Nəvaini bu meydana çəkən əsas qüvvə dünya şöhrətli Nizamiyə sadəcə olaraq nəzirə yazmaq deyil, özünün anadilli ədəbiyyatının dərin təəssübünü çəkməsi, ərəb-fars dillərindən onun heçaz imkanlı olmadığını göstərmək, qədim özbək dilində “Xəmsə” yaratmaqla bu dilin misilsiz incəliyini, zənginliyini ölməz bədii əsərlərlə sübut etmək vəzifəsi idi.

Onun bu yüksək vətəndaşlıq, övladlıq borcundan sonralar füzulinin nümunə götürdüyünün şahidi oluruq. Həmin məqsədin ən parlaq nəticəsi olaraq Azərbaycan dilində “Xəmsə”nin bir parçası — anadilli ədəbiyyatımızın ən böyük abidəsi — “Leyli və Məcnun” yaranır.

Ədəbiyyatımızın bu çox mühüm mərhələsini daha aydın təsəvvür etmək və onun əhəmiyyətini daha dərindən öyrənmək işi Nəvainin “Leyli və Məcnun”unu Azərbaycan oxucularına çatdırmağı tələb edir.

Nəvai “Leyli və Məcnun”unu orijinaldan tərcümə etməyi də buna görə özümə borc bildim.

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.- 2010.-8 oktyabr.- S.1.