Söz açıq
olanda
Dur aç
pəncərəni açıq
havaya,
Qorxma görünməyə,
Görməyə qorxma.
Dur, ey yoldaş insan, dur çıx havaya;
Dur, təzə
gözlə bax köhnəyə, qorxma!
Nə qədər
söz udaq, dil sancaqlayaq,
Göyərdi pıçıltı qapı
dalında.
Bizi anlayanı
biz də anlayaq,
Səsimiz qovruldu qapı dalında.
Burda iddiamız
başdan yuxarı,
Qapılar dalında
pələngik, şirik,
Burda başımızı
yaddan çıxarıb
Özgənin başıyla fikirləşirik.
Söz açıq
olanda - göz açıq olur,
Göz açıq olanda "beş", "əlli"
deyil.
Söz açıq
olanda düz-düzə
quldu,
Şapalaq zərbəsi,
Təsəlli deyil.
Dartmalar, didmələr,
fəndlər,
bölgülər
Oxunu gizlədən
yay ola
bilmir.
Biclik tələsindən
qaçan tülkülər,
Düzlük tələsindən yayına
bilmir.
Qoşa buynuzunu
gizlətmə başda,
Qarnını deşəcək - içinə
çəksən.
Özünə görünsən
sən açıq-aşkar
Elə özgəyə də görünəcəksən.
Sirr açar,
dürr açar açarımız da,
Od donsa, buz yansa - inam
ələnməz;
Söz açıq
olanda içərimizdə
"Yalanlar, filanlar" qafiyələnməz.
Boş vədə
fil olsa - dizi qatlanar,
Tarixin "düzü-düz",
varağı ağdır;
Açmağa düyünlü
həqiqətləri
Duyumlu barmaqlar tapılacaqdır.
Ədalət qamçısı
qəzəb soyudur,
Qırımlar, qurumlar itirməz onu.
"Açıq
söz" dediyin qızıl suyudur,
Pas atan ağıllar götürməz onu.
Ötəri hay-küydən
qulağım batar,
Yalançı köçəri,
Yalan köçəri.
Açdım ürəyimi,
açdım taybatay,
Xoş gördük
doğru söz,
Buyur içəri...
Dost
Hər çətin
anımda kəsin yanımı,
Axın ürəyimə gülüşlə,
sözlə.
Mən oz varlığımı,
öz ünvanımı
Tapıram hər yeni gəlişinizlə.
Bəzən hamarda da büdrəyir adam,
Oxuyun üzümə nə günahım var.
İttiham etsəniz
günah sanaram,
Güzəştə getsəniz, ittiham olar.
Gözümdə, könlümdə
bir qönçə kimi
Hərəniz bir duyğu bəxş edər mənə.
Ömrüm çox
dolaşıq düyünçə
kimi
Həmişə möhtacdır
dost əllərinə.
Yaşadım
Öz ömrümü
şum elədi öz əlim,
Yazında gül,
payızında xəzəlim,
Gündoğandan günbatana
mənzilim…
Bu da belə bir
ömürdü, yaşadım.
Zarımağa ömür
deyib, ağlama,
Hər ölümə
ölüm deyib, ağlama,
Tale döyüb,
haqlı döyüb,
ağlama,
Bu da belə bir
ömürdü, yaşadım.
Oğlun yoxdu - sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu,
dedilər.
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir
ömürdü, yaşadım.
Gah özümü
özüm qovdum, yoruldum,
Öz diqtəmin buyruğuna qul oldum.
Vətən göyü
göylüyündə duruldum,
Bu da belə bir
ömürdü, yaşadım.
Zirvədəki əl çatmayan qala mən,
Ətəkdəki sinə - cığır tala mən.
Xudafərin harayından
qalan mən…
Bu da belə bir
ömürdü, yaşadım.
Ocaq oldum, ocaq daşı olmadım,
Hər çalaya axan naşı olmadım.
Arazımla yol yoldaşı olmadım,
Bu da belə bir
ömürdü, yaşadım.
Unut məni
Dilim dinməz,
kirpiklərim səs elər,
Necə xoşdu
- ürəyimi kəs
elə…
Qalan ömrə
yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.
Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən
buz qayası su olu…
Yalan yolu beş addımlıq
su yolu,
Aldat məni, unut məni, at məni.
Sən ömrünün
atəşində yananda,
Kölgən kimi gərəksizəm yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.
Gözdən-gözə körpü
salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım
özü təzə
döyüşdü,
Aldat məni, unut məni, at məni.
Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasında nə qərq olduq, nə üzdük.
Axır səni
düzdə qoydu bu düzlük…
Unut məni,
aldat məni, at məni…
Məmməd Araz
Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.3.