Yığdıqca
dağılırıq
Mal çox yığma, həzər eylə
əzabından kim,
Rənci artar ağır olduqca
yükü həmmalın.
M.Füzuli
Nə hisslər yaşayır ürəyimizdə,
Hərislik! İzləyir o bizi, ustad!
Artdıqca mal-dövlət sevgisi bizdə,
Azalır nəyinsə sevgisi, ustad!
Nəfsin sərhəddini yüz yol aşırıq,
Saxlaya bilmirik ürəyimizi...
Mal yığıb, günbəgün yoxsullaşırıq,
Tamah nə yollara aparır bizi!
İnsanın xisləti
görünür açıq,
Nədir onun üçün müqəddəs, əziz?!
Dünyanı yığsaq
da, həmişə acıq,
Nə gözümüz
doyur, nə ürəyimiz!..
Qızıl, büllur,
daş-qaş
toplanır dağ-dağ...
Qarışır bir anda yaxşı
ilə pis.
Mal-dövlət
yığırıq, yığırıq
ancaq
Özümüz dağılır,
dağılırıq biz!
Necə dözək bəs?
Padişahi-mülk dinarü-dirəm
rüşvət verib...
M.Füzuli
Rüşvətlə açılıb
səhər gəlirsə,
O doğan
gündüzün adı
gecədir.
Əgər padşah
özü rüşvət
verirsə,
Gör onda bir xalqın halı necədir!
Hər gün risq eləyir rüşvət alanlar,
Kimi düşür,
batır, kimi ucalır...
Rüşvət zəhrimarın
gör nə dadı var -
Halal yeyəni
də tamaha salır...
Könül xoşluğuyla
alırlar, bir bax,
Könül xoşluğuyla
verməyir heç kəs...
Kiçiklər alanda dözürük, ancaq
Böyüklər alanda necə dözək bəs?!
Yaxşı-pis, ötürdük
qabaqkıları,
Bir yol başlamışıq müqəddəs,
əziz...
Ya rəbb,
bundan sonra rəhm elə
Rüşvətxor olmasın
böyüklərimiz!
Məzəmmət
Şeir zövqündən
olmayan agah,
Əhli-nəzmi məzəmmət eyləməsin.
M.Füzuli
Bəzən çoxbilmişsən,
bəzən avamsan,
Bəzən görünürsən
bir uşaq kimi...
Əslində o qədər
qəliz adamsan,
Anlaya bilmirsən
sadəliyimi...
Xalqımın ruhunu duyduğum üçün
Xalqımın gözündə yüksəlirəm
mən.
Qəliz kəlmələrdən
qaçsam da hər gün,
Qəliz adamlara rast gəlirəm
mən.
Nələr danışırsan
məzəmmət ilə,
Mənasız sözləri deyib-düzürsən.
Ən gözəl
şairin şerini belə
Görürəm oxuyub dodaq büzürsən...
Şeirə, sənətə hörmətin
hanı?
Qoy əssin
ürəyin yay, payız, qış, yaz...
Başa düşmədiyin
sözü, misranı
Başa düşmək
üçün baş
sındır bir az...
Doğrular
Doğrular ilə gəz ki, səni
sərbülənd edə,
-
Əgrilər ilə eyləmə, əlbəttə,
imtizaç.
M.Füzuli
Yenə gileyliyəm
taledən, baxtdan,
Sürünərmi duman, əriyərmi çən?..
Bu yalan dünyaya gəldiyim vaxtdan
Doğruları gəzib,
axtarıram mən...
Hanı ən doğru yol, ən təmiz
nəfəs?
Müdriklər nə yazıb, nə söyləmişlər?..
Ah, indi görürəm, görürəm
ki, bəs
Doğru bildiklərim
oğru imişlər...
Dəyərsiz, mənasız
ömür sürmürəm!
Kim bu xanimanı yaradıb, qurub?..
Uzun yollar gedib, doğru görmürəm,
Ancaq hər addımda bir əyri durub.
Ürəyim döyünür
bu misralarda,
Nə bir rahat olur, nə
dincəlirəm...
Ah, siz hardasınız, bir deyin, harda?
Doğrular, mən
sizə doğru gəlirəm!
Şəkər Aslan
Ədəbiyyat
qəzeti.- 2010.- 15 oktyabr.- S.3.