Gedək Mübarizin
arxasınca biz
Bir ağ göyərçindi Mübariz indi,
Vətən göyləri də Mübarizindi.
Müəllif
İrəli can ataq,
önə şığıyaq,
Bizə arxalanır
bu gün el-oba/.
Ehtiyat igidin yaraşığı yox,
Ehtiyat igidin eybidir, baba.
Qəzəbi barıtsa,
nifrəti oxsa,
Yana torpağına, daşına
gərək.
Başı üzərində
bayrağı yoxsa,
Bədəni üstündə başı
nə gərək?!
İstidə açılar,
soyuqda solar,
Canında cəsarət
heç zaman olmaz/.
Ehtiyatlı kəsdən
nə desən, olar,
Amma igid olmaz, qəhrəman
olmaz.
Ehtiyat eyləyən
qula çevrilər,
Ondan fərasətli olar qara daş.
İgidin anası
ağlaya bilər,
İgidin Vətəni
ağlamasın kaş!
Heç darı
əkərmi sərçədən
qorxan,
Karvan yeriməli, it hürməlidir.
İgidin köksünün
altından hər an
Bir qəzəb vulkanı püskürməlidir.
Əzdikcə yağını
sərt oğulları,
Vətən gözlərinin yaşını
silər.
Mübariz sayağı
mərd oğulları
Azərbaycan kimi yurd doğa bilər!
Göstərdi dünyaya
öz hünərini,
Yurda qurban gedən oğullar kimi.
Qəfil yaxaladı
düşmənlərini
Yayın ortasında yağan qar kimi.
Vətən sevgisindən
dərs keçdi bizə,
Səfərbər eylədi qeyrətimizi.
Bir vaxt vücuduyla səsləyirdisə,
İndi cəsədiylə çağırır
bizi.
Hüzn dalğası
var səhər yelində,
Başlar enir matəm bayrağı kimi.
O cəsəd
girovdu yağı əlində,
Girovdu Qarabağ torpağı kimi.
Nə yerə
sığışır, bu
dərd nə göyə,
Yurdunu sevməyən daş olmalıdır.
Mübariz ruhumuz ölməsin deyə,
Mübariz əməllər yaşamalıdır.
Yağış yağmalıdır,
şimşək çaxıbsa,
Millət sabahını düşünməlidir.
Harda şəhidlərin
qanı axıbsa,
Ora qərənfillər döşənməlidir.
Mübariz sözünü
savaşla deyib,
Həyəcan təbili çalınmalıdır.
Onun intiqamı
qeybətlə deyil,
Qeyrətlə yağıdan alınmalıdır.
Təki Azərbaycan
yaşasın deyə,
Sarılaq qəzəb tək bir qılınca biz.
Gedək Qarabağı
xilas etməyə,
Gedək Mübarizin
arxasınca biz!
Mirdamət Əziz
Ədəbiyyat qəzeti.- 2010.-
22 oktyabr.- S.4.