Aida İmanquliyeva:
...Nailiyyətlər, uğurlu tapıntılar nə qədər əhəmiyyətli olsa da, qədim mədəniyyətimizin bir çox cəhətləri kölgədə qalmış, xüsusən XII əsrdən əvvəlki çağların ədəbi və tarixi mənzərəsi səthi mülahizələr, sistemsiz araşdırmalar çərçivəsindən kənara çıxa bilməmişdir.
...Son illər... Alimlərimiz dərin qatlara daha inamla daxil olmuş, Nizami əsrinin intibahını hazırlayan ədəbi, elmi, mədəni və tarixi zəminin öyrənilməsinə xüsusi səy göstərmişlər. Professor Malik Mahmudovun bu yaxınlarda buraxılmış monoqrafiyası (redaktoru akademik H.M.Araslı) Azərbaycanın qədim ədəbiyyatının ciddi sistemli və elmi şəkildə öyrənilməsi yolunda uğurlu addımlardan biridir.
...Ərəb dilində yazılmış bədii və fəlsəfi sənət nümunələrinin doğma dilimizə tərcümə olunması, onların rus dilində nəşri işinin təşkil edilməsi, dünyanın müxtəlif kitabxanalarına səpələnmiş nümunələrin axtarılıb tapılması qarşıda duran mühüm məsələdir.
"Ədəbiyyatımızın
qədim kökləri" məqaləsindən
"Ədəbiyyat və incəsənət",
30 sentyabr 1983-cü il
***
...Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqda həm ölkəmizdə, həm də xaricdə maraqlı monoqrafiyalar yazılmış, tədqiqatlar aparılmışdır. Lakin şairin yaradıcılığının kompleks, çoxcəhətli təhlili hələ də gələcəyin vəzifəsidir.
Nizami "Xəmsə"sinin hər səmərəli tədqiqi böyük Azərbaycan klassiklərinin irsinin zənginliyini öyrənməkdə daha bir addımdır. Bu mənada M.Kazımovun monoqrafiyası da istisna təşkil etmir.
"Nizami və
nəzirəçiləri" məqaləsindən
"Ədəbiyyat və
incəsənət", 22 may 1987-ci il
***
Azərbaycanda elm, ədəbiyyat və incəsənətin yüksək
inkişaf etdiyi XII əsrdə görkəmli
peşəkar filosoflar
da yaşayıb-yaratmışlar. Onların içərisində
zəngin yaradıcılıq
irsinə, orijinal fəlsəfi fikirlərinə
görə Şihabəddin
Yəhya Sührəvərdi
(1154-1191) daha məşhur
olmuşdur. "Elm"
nəşriyyatı mütəfəkkirin
"filosofların görüşləri"
("Əqaid əlhükəma")
traktatını 1986-cı ildə
Azərbaycan, rus və ərəb dillərində çapdan
buraxmışdır.
...Şihabəddin Yəhya Sührəvərdinin əsərləri
orta əsr Azərbaycan fəlsəfəsinin
nadir incilərindəndir. Onları, ilk növbədə "Hikmət
əl-işraq" ("İşraq
fəlsəfəsi") və
"Həyakil-ən-nur" ("İşıq heykəlləri")
kitablarını filosofun
öz doğma dilinə çevirib nəşr etmək şərqşünas alimlərimizin
qarşısında duran
mühüm vəzifələrdən
biridir.
"Filosofların görüşləri"
haqqında" məqaləsindən
"Ədəbiyyat və
incəsənət", 31 iyul 1987-ci il
***
...Livan yazıçısı Mixail
Nüaymənin (1889-1988) adı
təkcə Ərəb
Şərqində deyil,
onun hüdudlarından
çox-çox uzaqlarda
da \geniş şöhrət qazanmışdır.
O, nasir və şair, ədəbiyyatşünas
və tənqidçi,
dramaturq və publisist kimi məşhurdur. Müasir ərəb ədəbiyyatının
formalaşmasında və
bu gün dünya ədəbiyyatları
içərisində layiqli
yer tutmasında Nüaymənin xidməti az olmamışdır.
M.Nüaymə Ərəb Şərqinin,
demək olar ki, bütün ölkələrini gəzmişdir. Livan həyatının
ən təhlükəli
və həyəcanlı
günlərində ərəb
aləminin ağsaqqal,
dünyagörmüş hörmətli
ədibi dəfələrlə
həmvətənlərinə müraciətlə çıxış
etmişdir.
M.Nüaymənin bədii əsərləri
dünya xalqlarının
bir çox dillərinə, o cümlədən
rus, Ukrayna, Azərbaycan dillərinə
tərcümə olunmuşdur. Görkəmli yazıçının həyat
və yaradıcılıq
yolu Azərbaycan EA Şərqşünaslıq İnstitutunun
ərəb filologiyası
şöbəsində uzun
illərdən bəri
xüsusi tədqiq edilir.
"Humanist yazıçı" məqaləsindən
"Ədəbiyyat və
incəsənət", 18 mart 1988-ci il
Ədəbiyyat qəzeti.- 2010.-
22 oktyabr.- S.1.