İtalo Kalvino

 

Ədəbiyyat" qəzetinin oxucularına yaxşı tanış olan görkəmli italyan naşiri İtalo Kalvinonun (1923-1985) hekayə qəhrəmanları eynilə neorealist əsərlərdəki personajlara bənzəyir: polislər, oğrular, küçə qadınları, qarətçilər... Bu hekayələrdə cərəyan edən hadisələr sanki ötən əsrin 50-60-cı illərində çəkilmiş məşhur filmlərdəki kimi, ağ və qara fonda verilmişdir.

Oxuculara təqdim olunan "Şirniyyat mağazasında qarət" hekayəsindəki gecə təsvirləri də neorealizmin səciyyəvi xüsusiyyətlərindən biri kimi maraqlıdır. Ay işığının və ya balaca cib fənərinin titrək işıq zolağı altında görünüb, yoxa çıxan solğun, qayğılı simalar, gərgin, tərəddüdlü psixoloji vəziyyətlər neorealist filmlərə xas olan nostalji duyumlu kölgə effektləri yaradır...

Hekayə, təsadüfən qarşılaşdığı müvəqqəti bolluğu görürkən, öz uşaqlıq arzusuna yetişməyə can atan birisinin "tragikomik" həyat epizodundan bəhs edir.

Əsər yazıçının "Hekayələr" toplusundan götürülmüşdür (İ.Kalvino: "Hekayələr". Torino, Eynaudi - 1958).

 

 

Cəmşid Cəmşidov

 

Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.4.