Xalq şairi Xəlil Rzanın xatirəsi yad edildi

 

Oktyabrın 18-də Xəlil Rza adına Kitabxanada xalq şairinin doğum günü münasibətilə xatirəsi yad edildi.

Kitabxananın direktoru Kamal Rzayev, şairin həyat yoldaşı Firəngiz Ulutürk, şair Zülfüqar Şahsevənli və başqaları şairin yaradıcılığının ana xəttini təşkil edən Vətən sevgisindən danışmışlar.

Tədbirdə 160 nömrəli Klassik gimnaziyanın, Xırdalan şəhər 2 nömrəli orta məktəbinin, "Araz" Ekologiya liseyinin, Müşfıqabad qəsəbəsindəki 274 nömrəli məktəbin və Bakıdakı Anadolu Türk liseyinin müəllim və şagirdləri iştirak etmişlər.

Şagirdlər şairin əsərlərindən ibarət kompozisiya nümayiş etdirmiş və şeirlərini söyləmişlər.

 

 

          Ədəbiyyat qəzeti.- 2010.- 22 oktyabr.- S.6.