"Mədəniyyətin və mədəni
dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu"
Ümummilli lider Heydər
Əliyevin "Yüksək
mədəniyyətə malik
olan xalq həmişə irəli gedəcək, həmişə
yüksələcək, həmişə
inkişaf edəcəkdir"
bəyanı oktyabrın
26-27-də keçirilən "Mədəniyyətin və
mədəni dəyərlərin
təbliğində kütləvi
informasiya vasitələrinin
rolu" adlı beynəlxalq təlimdə
səsləndirilən fikirlərdən
dönə-dönə keçdi.
Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə
Muzey Mərkəzində
gerçəkləşən sözügedən təlimin
açılış mərasimində
ilk olaraq qonaqları salamlayan nazir müavini Sevda Məmmədəliyeva çıxışında
Azərbaycan mətbuatının
tarixi, keçdiyi yol və zəngin
ənənələri haqqında
ətraflı söz açdı, əsası
135 il bundan əvvəl qoyulan - 1875-ci
ildə nəşrə
başlayan "Əkinçi"nin
mənəvi varisi sayılan çağdaş
mətbuatımızın bu
gün cəmiyyətin
maariflənməsində, məlumatlandırılmasında
mühüm rol oynadığını önə
çəkdi. Vurğuladı ki, ulu öndər
Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə mətbuatın
inkişafına xüsusi
diqqət yetirib.
Bu gün ümummilli
liderin layiqli varisi, ölkəmizin başçısı cənab
İlham Əliyev bu ənənəni ləyaqətlə davma etdirir.
Təbrik nitqində
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən son illər
həyata keçirilən
tədbirlərin mətbuatda
yetərincə işıqlandırıldığını
qeyd edən nazir müavini "Mədəniyyət və
mədəni dəyərlərin
təbliğində kütləvi
informasiya vasitələrinin
rolu" adlı təlimin keçirilməsinə
diqqəti yönəldən
zərurət üzərində
də dayandı. Ümidvar olduğunu bildirdi ki, ilk olsa da,
sonuncu olmayacaq bu təlim yerli
jurnalistlərin hazırlıq
səviyyəsinin artırılmasına,
respublikamızda mədəniyyət
siyasəti çərçivəsində
həyata keiçrilən
tədbirlərin düzgün
işıqlandırılmasına öz töhfəsini verəcəkdir.
Tədbirin aparıcısı, sözügedən
layihənin ideya müəllifi, Mədəniyyət
və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin
Elmi metodiki sektorunun müdiri Asif Usubəliyev çıxışında jurnalist
fəaliyyətinin hər
bir ölkədə dördüncü hakimiyyət
kimi dəyrələndirildiyini
önə çəkdi. Bildirdir
ki, hazırda bu sahədə çoxlu sayda peşəkarlar çalışır:
"Ancaq jurnalistika sahəsində qeyri-peşəkarların
mövcudluğu da sirr deyil. Məhz bu
səbəbdən də
peşəkar jurnalistlər
son vaxtlar Mədəniyyət
və Turizm Nazirliyinin tərkibində
Şura yaradılması
zərurətini gündəmə
gətirirlər. Hesab
edirəm ki, təlimin gedişində bu məsələ ilə bağlı da fikir mübadiləsi
ediləcək..."
Azərbaycan Jurnalistlər
Birliyinin baş katibi, Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist Ramiz Əsgərov "Azərbaycan
mədəniyyətinin özünəməxsus
xüsusiyyətləri" mövzusunda çıxış
edərək Azərbaycan
mədəniyyətinin etnik
və dini mənsubiyyəti haqqında
ətraflı danışdı.
Vurğuladı ki, Azərbaycan mədəniyyəti
etnik baxımdan türk, dini baxımdan islam
mədəniyyətidir. Azərbaycan türklüyün
qızıl görpüsü,
islami dəyərlərin
çarpazlaşdığı məkandır. Şərqdə ilk opera,
ilk caz musiqisi, ilk simfonik musiqi Azərbaycanda yaranıb.
Ölkəmiz həmişə öz tolerantlığı
ilə seçilib.
Azərbaycan həmişə müxtəlif dini qurumları, milli azlıqları öz içərisinə alıb.
Azərbaycan dili öz estetikliyi, poetikliyi, saflığı ilə seçilib. forma və məzmunun vəhdəti Azərbaycanda
çox önəmlidi.
Mədəniyyətimizin zənginliyi, bəşəri
dəyərləri özündə
ehtiva etməsi imkan verir ki,
hər cür mütərəqqi mədəniyyət
faktoruna qucaq aça bilsin. Bizim saz sənətimiz də, muğam dünyamız da var, ölməz Üzeyir bəyin musiqi sənətilə bərabər Qara Qarayev, Fikrət Əmirov, eyni zamanda Vaqif
Mustafazadə möcüzəsi
də. Bu görkəmli sənətkarların
yaradıcılığında Şərqlə Qərbin
sintezi bir araya gəlib.
Azərbaycan bəşəriyyətin ilk yaşayış
məskənlərindən biridir. Azıx mağarası, Qobustan
qayaları tarixə yoldaşlıq edir. Səfəvi, Ağqoyunlu,
Qaraqoyunlu, Şirvanşahlar
sarayları milli mədəniyyətimizin inkişafına
böyük təkan verib. Bu yurdun
havası, iqlimi, torpağı çox zəngindi. Hazırda dünyada güclü
qloballaşma gedir.
Qərb mədəniyyəti iqtisadi-siyasi
gücü ilə üzərimizə gəlməkdədi.
Bu gəlişmənin qarşısını almaq
mümkün deyil.
Ancaq biz sintez etməyi, yaxşını qəbul
etməyi bacarmalıyıq.
Yeni,
modern Azərbaycan mədəniyyətinə
sahib çıxmalıyıq. Ötən il
Almaniyada "Arşın
mal alan"ın səhnəyə
qoyulması bizim milli mədəniyyətimizin
böyük nailiyyətlərindən
biri kimi dəyərləndirilməlidi. Həmişə inkişaf etmək
Azərbaycan mədəniyyətinin
haqqıdı. Ancaq biz bu
böyük mədəniyyəti
təbliğ etməyi
də bacarmalıyıq.
Bu sahədə diaspor təşkilatlarımızın
üzərinə böyük
yük düşür.
Dövlətimiz güclənir, hesab
edirəm ki, bu iqtisadi güclənmə
mədəniyyət sahəsinə
də öz töhfəsini verəcək.
Çox
istərdim ki, bizdə xüsusi mədəniyyət kanalı
fəaliyyətə başlasın.
Homer, Höte kimi klassiklərlə yanaşı yapon, Çin ədəbiyyatı
nümunələri də
geniş şəkildə
dilimizə çevrilsin.
Bilirik ki, Azərbaycan mədəniyyəti zaman-zaman
erməni basqınına,
mənimsəməsinə məruz
qalıb. Bu gün bu mənfur
siyasət daha amansızlıqla davam etdirilir. Torpaqlarımızla yanaşı mədəniyyətimizi
də mənimsəyir,
talayırlar. Biz bu
nankorluğu dünyaya
bəyan etməyin sistemli yolunu tapmalıyıq..."
Rusiyanın "Kultura"
("Mədəniyyət") qəzetinin əməkdaşı
İrina Kulik, Ümumrusiya Dövlət Teleradio kompaniyasının
(RTR) mədəniyyət şöbəsinin
müdiri Qulşat Baltayeva, Rumıniyanın
"Mədəniyyət" - milli radiosunun nümayəndələri Doruş
Bitfoin və Nataliya Polikarlova, "Exo" qəzetinin məsul katibi Səadət Bağırova
və başqaları
çıxış edərək
vurğuladılar ki, jurnalistika sahəsində peşəkarlıq öndə
olmalıdır. Mədəniyyətin inkiaşfında KİV-in böyük
rolu var. Ancaq bu sahədə çalışan insanlar
öz profillərini müəyyənləşdirməlidirlər.
Televiziya
sahə\si daha incə sahədi. Burada musiqinin, filmin,
informasiyanın və
s. yerli-yerində verilməsi
xüsusi önəm daşıyır. Bu sahədə insanların psixoloji durumu xüsusilə nəzərə
alınmalıdı. Elə problemlər
var ki, o, bütün dünya telekanalları üçün
yaşanır. Ancaq bu problemləri süni olaraq yaratmaq olmaz. İmkan vermək olmaz
ki, telekanallar bayağı verilişlərlə
millətin zövqünü
korlasın. Televerilişlər bəşəri dəyərləri
təbliğ etməklə
yanaşı, millətin
milliliyini qoruyub-saxlamasına
da yardımçı
olmalıdı.
Təlimi yekunlaşdıran
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva ümidvar
olduğunu bildirdi ki, burada müzakirə
olunan, təklif edilən məsələlər
söz olaraq qalmayacaq, aparılan fikir mübadilələri
mədəniyyətimizin təbliği
işinin yeni formalarının üzə
çıxmasına yönəli
olacaq: "Mən təlim prosesinə gənc jurnalistlərin bu cür fəallıqla
qatılmasını xüsusi
olaraq alqışlayıram".
Sonda S.Məmmədəliyeva təlimin
iştirakçılarına sertifikatlar təqdim etdi.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2010.-
29 oktyabr.- S.4.