İlyas Əfəndiyev fondu
ABŞ-ın "Boeing" şirkəti ilə birgə sosialyonümlü
layihə həyata keçirir
İlyas Əfəndiyev Fondu Azərbaycanda dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (deinstitusionalizasiya) və alternativ qayğı
proqramına müvafiq olaraq "Kimsəsiz və valideyn himayəsindən
məhrum olmuş uşaq və yeniyetmələr
üçün sosial-hüquqi reabilitasiya mərkəzi"nin layihəsini hazırlamış və
ABŞ-ın "Boeing" şirkəti ilə birgə
oktyabrın 1-dən icrasına başlamışdır.
Fondun mətbuat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, məqsəd kimsəsiz və valideyn himayəsindən məhrum
uşaq və yeniyetmələrin hüquqlarının
bərpası, cəmiyyətə
inteqrasiyası, təhsil,
yaşayış yeri,
məşğulluq, sağlamlıq,
asudə vaxtın təşkili ilə bağlı problemlərin
həllinə xidmət
edəcək reabilitasiya
mərkəzi yaratmaqdır.
Bakı və Abşeron yarımadasını əhatə
edəcək layihənin
müddəti bir ildir.
Layihə çərçivəsində ölkənin müxtəlif
dövlət və özəl qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq nəzərdə
tutulmuşdur.
Layihəyə könüllülərin cəlb olunması və onlar üçün treninqlərin təşkili vacib vəzifələrdən biridir. Layihə çərçivəsində, həmçinin monitorinq və təbliğat işlərinin aparılması, həssas qrupa dair informasiya bankının yaradılması, ona hüquqi və psixoloji, lazım olarsa tibbi yardımın göstərilməsi, müxtəlif marafon, aksiya və digər xüsusi tədbirlərin keçirilməsi, istedadlı və əməkqabiliyyətli həssas qrup üzvlərinin məşğulluq problemlərinin həll olunmasına dəstək verilməsi nəzərdə tutulmuşdur.
Ədəbiyyat qəzeti.- 2010.- 29 oktyabr.- S.6.