138-ci teatr mövsümü açıldı

  

  Əsası 1873-cü ildə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani başqaları tərəfindən qoyulmuş professional Azərbaycan teatrı şərəfli yol keçmiş, xalqın mənəvi inkişafında bir məktəb rolunu oynamışdır. Tamaşaçılar üç əsrin sirdaşı olan Azərbaycan teatrının hər mövsümünün açılışını intizarla gözləyirlər. Ötən əsrin 70-ci 80-ci illərində Azərbaycan Teatr Cəmiyyətinin təşəbbüsü ilə A.M.Şərifzadə adına Aktyor evində bu münasibətilə keçirilən tədbirləri tamaşaçılar indi yaddaşlardan silinməyib. Sonrakı dövrlərdə bu ənənə bir müddət yaddan çıxdı. Lakin Mədəniyyət Turizm Nazirliyi bu ənənəni unudulmağa qoymadı. Neçə illərdir ki, teatr mövsümləri hər il bir teatrın önündə açılır. Bu ilki - 138-ci teatr mövsümü görkəmli səhnə fədaisi Hüseyn Ərəblinskinin adını daşıyan Sumqayıt Dövlət Musiqili Dram Teatrının binası önündə oldu.

Bayramsayağı bəzədilmiş teatrın səkisi səhnəni, önündəki meydan tamaşaçı salonunu əvəzləyirdi. Meydanda Azərbaycan Teatr Muzeyi tərəfindən səyyar sərgi təşkil edilmişdi. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası isə açılış mərasimində hazırladıqları kitab sərgisi ilə təmsil olunurdular. Sərginin lövhələrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları və çıxışları toplularından ibarət xüsusi ədəbiyyat, Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev fondu tərəfindən buraxılmış əsərlər diqqəti cəlb edirdi.

Mövsümün açılış mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı ilə başladı. Nazir Azərbaycan teatrlarında görülən işlərdən, keçiriləcək reformalardan söhbət açdı. Nəzərə çatdırdı ki, milli mədəniyyətdən və dünya səhnə sənətindən bəhrələnən Azərbaycan teatrının qarşısında mühüm məsələlər dayanır. Sənətkarlarımız öz professionallığını artırmalı, səhnə ocaqlarımız dünya teatrları cərgəsində özünə yer tapmalıdır. Nazir onu da diqqətə çatdırdı ki, yaxın günlərdə Akademik Milli Dram Teatrın binasının əsaslı təmiri başa çatacaq, növbəsini gözləyən digər teatrlarımızın da binaları əsaslı şəkildə qurulacaqdır.

Tədbirin bədii hissəsi ev sahiblərinin və tədbirə məsuliyyət daşıyanların - Sumqayıt teatrının bədii vasitələrlə teatr haqqında söylədikləri fikirləri və iştirakçıları salamları ilə başladı. Sənət yarışını bənzədən tədbirdə Dövlət Akademik OperaBalet Teatrı xalq artisti Azər Zeynalovun ifasında "Sumqayıt" mahnısı ilə çıxış etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı kompozissiyada səhnə sənətimizin inkişafında misilsiz xidmətləri M.F.Axundzadənin, H.B.Zərdabinin, Ə.B.Haqverdiyevin, C.Məmmədquluzadənin, C.Cabbarlının obrazları canlandırıldı. Tamaşaçılar xalq artistləri Ramiz Novruzovun, Hacı İsmayılovun, Rafiq Əzimovun, əməkdar artist Elxan Quliyevin, istedadlı aktyor Rəşad Bəxtiyarovun ifasında bu obrazları maraqla qarşıladı. Mərasimdə Musiqili Komediya Teatrının, Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Kukla Teatrının, Yuğ Teatrının, Şuşa Musiqili Dram Teatrının, Pantomim Teatrının, Bakı Bələdiyyə Teatrının aktyorları tamaşalardan parçalar və təbrik proqramı ilə çıxış etdilər.

Müğənnilər RöyaFaiq Ağayev oxuduqları şux mahnılarla teatr bayramına qoşuldular.

Tədbirin ümumi rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov idi.

 

 

A.Xiləli

 

Ədəbiyyat qəzeti.- 2010.- 17 sentyabr.- S.6.