Campiero Bellinceri
Bu il tanınmış italyan şərqşünası,
görkəmli türkoloq
Campiero Bellincerinin 60 illik yubileyi qeyd olunur.
C.Bellinceri 1950-ci il, iyul ayının 6-da Piaçentsa
şəhəri yaxınlığındakı
Montiçelli d`Oncinada
anadan olmuşdur.
1969-cu ildə Kremona şəhərindəki Daniele Manin
litsey-gimnaziyasını bitirən
C.Bellinceri Venetsiyadakı
Ka`foskari Universitetinin Şərq dilləri və ədəbiyyatı
fakültəsinə daxil
olur. 1974-75-ci illərdə Ankara Universitetinin dil, tarix-coğrafiya fakültəsində
təcrübə keçən
gələcək şərqşünas,
müasir və Osmanlı dövrü türk dili və ədəbiyyatı
kursunda səylə çalışaraq biliklərini
daha da təkmilləşdırir,
1975-ci ildə “Koroğlu”
dastanına həsr olunmuş diplom işini böyük müvəffəqiyyətlə müdafiə edib, universitetdəki təhsilini
başa vurur.
1975-ci ilin
iyul-sentyabr aylarında
gənc tədqiqatçı
azəri türkcəsi
və fars
dili üzrə biliklərini dərinləşdirmək
məqsədi ilə İran Azərbaycanının
Zəncan şəhərinə
yollanır. Bu səfərin nəticəsi
kimi o, Şəhriyarın
"Heydərbaba" poemasını
ilk dəfə olaraq italyan, daha sonra
isə alman və fransız dillərinə çevirərək,
Avropa oxucularına çatdırır. 1976-78-ci
illərdə C.Bellinceri
professor Canroberto Skarçanın
rəhbərliyi altında
Venetsiyada keçirilən
İranşünaslıq, Ural-Altayşünaslıq və
Qafqazologiya seminarının
işində fəal iştirak edərək ciddi tədqiqatlar üzərində çalışır.
1977-ci ilin avqust-sentyabr
aylarında o, İranın
şimal-şərqində, Qombad-e Kavus əyalətindəki türkmənlərin
etnosu ilə tanış olur, müasir türkmən ədəbiyyatının
banisi Məhtimqulu barəsində dilçilik
araşdırmaları aparır.
1978-ci ilin iyul-sentyabr
aylarında İranda,
türkdilli Qaşqay tayfasının ağız
ədəbiyyatı nümunələrini
toplayan tədqiqatçı
cənub-şərqdə yaşayan
eyni köklü türk tayfalarının dili ilə müqayisəli
tədqiqat işləri
üçün son dərəcə
faydalı materiallar əldə edir.
1982-ci ildə
respublikamızda qonaq olan C.Bellinceri Nizami adına
Ədəbiyyat İnstitutunda
azərbaycanlı həmkarları
ilə görüşür,
XVIII əsr Azərbaycan
ədəbi-mədəni mühiti
ilə tanış olaraq M.P.Vaqifin yaradıcılığını tədqiq edir. 1983-cü ildə Venetsiya Universitetinin İranşünaslıq, Ural-Altayşünaslıq
və Qafqazologiya seminarının elmi əsərlərində çap
olunan "Molla Pənah Vaqif. Həyatı və qoşmaları" adlı
tədqiqatında C.Bellinceri
Azərbaycan şairinin
həyatı barədə
ətraflı məlumat
verməklə yanaşı,
onun iyirmi beş qoşmasınıın
orijinalla paralel tərcüməsini də
təqdim edir.
Artıq istedadlı şərqşünas-türkoloq
kimi tanınan italyan alimi 1995-ci ilin avqustunda Kopenhagendə Avropa Mərkəzi Asiya Araşdırmaları Cəmiyyətinin
beynəlxalq elmi-təşkilat
komitəsinə üzv
seçılir, 1998-ci ildə
Cəmiyyətin Venetsiyada
keçirilən VI seminarının
işinə bilavasitə
rəhbərlik edir.
Tədqiqatçının maraq dairəsinə, həmçinin,
XVIII əsrdən, Qafqazın
və Mərkəzi Asiyanın işğalından
başlayaraq çar və sovet dövrü
türk-rus mədəni
əlaqələri, onların
Venetsiya tarixi sənədlərində əks
olunması problemlərinin
öyrənilməsi də
daxildir.
Professor C.Bellinceri bütün elmi yaradıcılığını
türk-Venetsiya və
türk-rus ədəbi-mədəni
əlaqələrinə, Venetsiya
ilə bağlı Osmanlı türkcəsində
yazılmış ədəbi
mətnlərin tədqiqinə
və ilk növbədə
türk ədəbiyyatının
İtaliyada təbliğinə
və yayılmasına
həsr etmişdir. O, geniş
elmi fəaliyyətindən
əlavə, eyni zamanda, Nobel mükafatı
laureatı O.Pamukun
"Ağ qala" və böyük türk şairi Yəhya Kamalın "Kəndi göy qübbəmiz" poetik toplusunun mahir tərcüməçisi kimi
də tanınır.
Görkəmli italyan türkoloqu, gözəl tərcüməçi, professor
Campiero Bellinceri türk dünyası ilə İtaliya arasındakı tarixi-mədəni
əlaqələri yorulmadan,
böyük məhəbbətlə
qoruyub yaşatmaqdadır.
Ona gələcək səmərəli
fəaliyyətində uğurlar
arzulayırıq.
Cəmşid CƏMŞİDOV
Ədəbiyyat qəzeti.- 2010.- 24 sentyabr.- S.5.