Böyük ədib, alimpedaqoq

 

Sentyabrın 28-i Mir Cəlal müəllimin anım günüdür. XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən Mir Cəlal Paşayevin ədəbi-bədii irsi görkəmli yazıçı və tədqiqatçılarımız tərəfindən yüksək qiymətləndirilmişdir.

Ədibin böyük qələm dostu Mirzə İbrahimovunçox sevdiyi tələbəsi Firidun Hüseynovun fikirləri bunu bir daha təsdiqləyir.

 

Vətən eşqi şairanə və qüdrətli bir hisslə nəsrimizdə öz ifadəsini tapmışdır.

...Axıcı bir lirikaya, mülayimşirin bir ahəngə, sadə, lakin yüksək bədii bir dilə malik olan Mir Cəlalın hekayələri də bu ölməz hissdən ilham almışdır. Mir Cəlal klassik novellalar pişkinliyini xatırladan “Atlı” hekayəsində vətən eşqilə çırpınan sadə bir insan qəlbinin necə qəhrəmanlıqlara qabil olduğunu təsvir edir.

Dəstəsindən ayrı düşüb, yaralı atı ilə düşmənlərin əlində olan bir meşədə tək qalmış döyüşçü Aqil özünü itirməyir. O, qorxuölümolduğunu bilmədən, gecənin qaranlığından istifadə edərək meşədə bir çaxnaşma salır ki, düşmən dəstələri bir-birini qırmağa məcbur olur. Onun ağlına kəskinlik, qəlbinə qüvvət verən ancaq bircə hissdir: vətən təhlükədədir. Onun meşələrini quduz canavarlardan təmizləməsək, bülbüllərimizin səsi, körpələrimizin nəfəsi kəsiləcəkdir. O, heç qəhrəmanlıq etdiyini də bilməyir, o, sadəcə bir əsgərdir və öz borcunu yerinə yetirir. Lakin o, bunu elə bir ürək və namusla ifa edir ki, buna bizim qəhrəmanlıq deməyə haqqımız vardır.

 

Mirzə İbrahimov

 

...Mir Cəlal müəllim Cəlil Məmmədquluzadənin adı ilə bağlı olan Molla Nəsrəddin ədəbi məktəbinə yüksək qiymət verir, Mirzə Cəlilin adını bəlkə də bütün dünya ədəbiyyatında ən uca tutduğu Lev Tolstoyla yanaşı çəkirdi. Azərbaycan klassiklərindən Nizamini, Füzulini, Mirzə Cəlili və Hüseyn Cavidi epoxal sənətkarlar, məktəb başçıları kimi ümumi bir sıraya qoyurdu. İyirminci əsr realist ədiblərimizdən biri haqqında dediyi "Haqverdiyev yeriyən Azərbaycandır" sözlərində sənətkarın dərin xəlqiliyinə, böyük ədəbi sima olduğuna aydın və qəti bir baxışı olduğu görünməkdədir.

Mirzə Cəlil ədəbi irsini və ümumən Molla Nəsrəddin realist ədəbi məktəbini gənclik illərində Səməd Vurğuna və Mehdi Hüseynə sevidirdiyini də ədib təvazökarlıqla qeyd edərdi.

 

 

Firidun HÜSEYNOV

 

Ədəbiyyat qəzeti.- 2010.- 24 sentyabr.- S.1.