Üzeyir
Hacıbəyliyə həsr olunmuş iki yeni kitab
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illiyi təntənəylə qeyd olunduğu yubiley günlərində AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor, musiqişünas alim Zemfira Səfərovanın böyük bəstəkara həsr olunmuş iki yeni kitabı işıq üzü görmüşdür.
"Ölməzlik", "Bessmertie", "İmmortalitu" adlanan iri kitabda müəllifin müxtəlif illərdə Bakıda, Moskvada, Türkiyə mətbuatında dərc olunmuş Azərbaycan, rus və ingilis dilində məqalələri toplanmışdır. Kitabın rəyçisi xalq artisti Fərhad Bədəlbəyli, redaktoru Nazim İbrahimovdur.
Z.Səfərovanın
ötən illərdə yeddi dildə nəşr
olunmuş "Üzeyir
Hacıbəyli" kitabı indi də Belqradda, serb dilində çap edilmişdir.
Kitabı serb dilinə Nina
Poliç çevirmişdir.
Ədəbiyyat qəzeti.- 2010.- 24 sentyabr.- S.2.