Unuda bilmirəm...

 

 Görkəmli yazıçı ilə bağlı xatirələrimdən

  

  1972-ci ilin yazı idi. Yazıçı-dramaturq Altay Məmmədova bir neçə yeni şerimi oxudum. O zamankı "Kirovabad kommunisti" qəzetində dərc olunmuş məqaləmi göstərdim. Altay müəllim yazılarım haqqında ümidverici sözlər söylədi. Eyni zamanda mənə məsləhət verərək bildirdi ki, yaxşı şair, jurnalist olmaq istəyirsənsə, ali təhsil almaq da vacibdir. Ədəbiyyatdan, tarixdən mənə suallar verdi. Çox razı qaldı...

O zaman Gəncə Dövlət Pedaqoji İnstitutunun prorektoru vəzifəsində çalışan Altay müəllim, mənim əslən Ərdəbildən olduğumu bilib dedi:

- Bilirsən, mənim əziz müəllimim, elmi rəhbərim Mir Cəlal müəllim o bölgədəndir. Haralı olmasından asılı olmayaraq, bütün istedadlı, savadlı, köməksiz adamlara əl tutur. Sən qərib bir kişinin oğlusan. Yaxşı olar ki, yazılarını ona da göstərib məsləhətlərini dinləyəsən. Bu, sənin gələcək taleyində böyük rol oynaya bilər.

Atamla birgə indiki Bakı Dövlət Universitetinə gəldik. Mir Cəlal müəllimin çalışdığı kafedranı axtarıb tapdıq.

...Mir Cəlal müəllim dərsdə idi. Çox keçmədi zəng vuruldu. Mir Cəlal müəllim bir dəstə tələbənin müşayiəti ilə asta addımlarla kafedraya doğru gəlirdi. Atamı bilmirəm, mənim daxilimdə gizli bir həyəcan var idi. Axı mən orta məktəb dərsliyində sevə-sevə, oxuduğum "Bir gəncin manifesti" əsərinin müəllifi Mir Cəlal Paşayevi canlı həyatda öz gözlərimlə görürdüm. Mir Cəlal müəllim kafedraya daxil olduqdan bir neçə dəqiqə sonra atam qapını döyüb içəri keçməyə icazə istədi. Böyük ədib qayğı etiramla bizi içəri dəvət etdi. Həyəcanım bir az da artdı. Bizə yer göstəribəyləşin” - dedi. Atam razılıq edib əyləşdi. Mən isə təşəkkür edib, atamın yanında ayaq üstə dayandım. Atam Cənubdan - Ərdəbildən olduğunu söylədi. Qısa səmimi söhbətdən sonra atam bu tərəflərdə kimsəmizin olmadığını dedi. Mir Cəlal müəllim bir az kövrəkliklə - hökumətimiz sağ olsun, siyasi mühacirlərə xüsusi imtiyazlar verib. Heydər Əliyev yoldaş isə hamımızın ümid yerimizdir. Görürsünüz, bu qısa müddətdə respublikamızda qədər yeniliklər edibdir. Elm, sənət, zəhmət adamlarına xüsusi hörmət ehtiram göstərilir. Heç birimiz özümüzü qərib saymırıq, - dedi. Sonra ali məktəbə qəbul olmaq arzumu dinlədi. Bir neçə şerimi əzbərdən söylədim. Başımı tumarladı "mütləq qəbul olunarsan. Qoçaq, savadlı, diribaş uşaqsan, tələbə olmağa layiqsən" - dedi.

Beləcə, imtahanlar başladı mən gecə-gündüz oxuduğumdan bütün fənlərdən "4" "5" qiymətlər aldım. Həmin il ali məktəbin ədəbiyyat fakültəsinə qəbul olundum.

1972-ci ilin, səhv etmirəmsə, oktyabr ayı idi. Altay müəllim məni yanına çağırtdırdı. İnstitutumuzda Mir Cəlal müəllimlə görüş olacaq. Yaxşı bir şey hazırla, çıxış edəcəksən” - dedi.

Bir neçə gün sonra institutun akt zalında Mir Cəlal Paşayev, Aşıq Şəmşir bir neçə qələm əhli ilə tələbələrin görüşü oldu. Tələbələr daha çox qonaqlara suallar verir onları dinləməkdən doymaq bilmirdilər. Mən isə həmin görüşdə Mir Cəlal müəllimə həsr etdiyim şeirdən bir parçanı oxudum:

 

İnsan var zəhmətlə, alın təriylə

Qarlı zirvələrə yollar açıbdı.

İnsan var işiylə, əməlləriylə

Günəş tək aləmə şölə saçıbdı.

 

İnsan var bir qarış yol da çəkməyib,

İnsan var yollarda yaşa dolubdu.

İnsan var bir dənə ağac əkməyib,

İnsan var bağ salıb, bağban olubdu.

 

Görüş böyük maraqla başa çatdı. Mir Cəlal müəllim məni yanına çağırıbdərslərini yaxşı oxu, şeir yazanda da çalış heç kimə ithaf etməyəsən. Bəşəri mövzulardan yaz. Çünki ayrı-ayrı insanlar gəldi-gedərdi. Vətən, ana, sevgi, məhəbbət insanların problemləri dünya durduqca yaşayacaq” - dedi.

Sonralar da unudulmaz Mir Cəlal müəllimlə əlaqə saxlayıb şeirlərimi böyük ustada oxuyub faydalı məsləhətlər alırdım. Mir Cəlal müəllim mənim şeirlərimin respublika mətbuatında işıq üzü görməsində xeyli kömək etmişdir. 1973-cü ildə o, məni "Bakı" "Baku" axşam qəzetlərinin baş redaktoru - tanınmış ziyalı, böyük ədib, iti qələmi prinsipiallığı ilə seçilən Nəsir İmanquliyevin yanına göndərdi. Nəsir müəllim məni hörmət qayğı ilə qarşıladı. Mir Cəlal müəllim haqqında xeyli xoş sözlər söylədi. Şair Nüsrət Kəsəmənlini yanına çağırıb bir neçə şerimi seçməyi tapşırdı dedi ki, mənim adımdan bu cavan şairin bir-neçə şerini "Azərbaycan gəncləri" qəzetinə təqdim et..

"Bakı" qəzetində ilk şerim çap olundu. Həmin gün "Azərbaycan gəncləri" qəzetində isə Tofiq Mütəllibov mənim "Analar" "Şairlər" şeirlərimi dərc etdirdi...

Qəzetləri götürüb sevincək Mir Cəlal müəllimin yanına - Bakıya yollandım. Məni təbrik edib uğurlar dilədi. Amma dərslərimə yaxşı fikir verməyi tövsiyə etdi. Aradan 3-4 ay keçmişdi... Mir Cəlal müəllimin yanına - Bakıya gedib ona yeni yazılarımı oxudum. Gülümsəyərək "şerinin biri çox xoşuma gəldi. Verdim Famil Mehdiyə. Universitetdə çıxan jurnalın səhifələrində dərc etdirib. İndi sənin şerini jurnalistika fakültəsinin tələbələri oxuyub tanış olublar" - dedi. Sevindiyimdən az qala quş kimi uçurdum. Deməyə söz tapa bilmirdim: “Mir Cəlal müəllim, icazə verin, sizə Gəncədən tərəvəz Bakıda olmayan təzə məhsullardan gətirim” - dedim. Gülümsündü: “Çox sağ ol. Bakıda da istədiklərimizi tapa bilirik. Özü sən tələbəsən, biz sənə qayğı göstərməliyik. O ki, qaldı Gəncədən mənə səbət gətirməyinə, çalış ədəbiyyata səbətlə yox, əsl sənət əsəri ilə gəl.

Çox xəcalət çəkdim dedim: - Mir Cəlal müəllim, siz mənə ehtiyacı olanlara çox qayğı göstərirsiniz. Bəs necə edim ki, sizə bir xidmət edim, sakitləşim? Saçımı tumarladı əlini çiynimə qoyub dedi: "Narahat olma oğul, sənin kimi zəhmətkeş balalar həyatda çətinliklə irəlilədiklərindən onların gələcəyi mütləq yaxşı işıqlı olur. Mən sənin gələcəyinə inanıram... Gələcəkdə sənə işi düşən insanların hamısına kömək et, onlara diqqət qayğı göstər, ədalətli qanuni istəklərini yerinə yetir. O zaman elə düşün ki, mənim yaxşılıqlarımın əvəzini çıxırsan".

Mir Cəlal Paşayevin yubiley tədbirləri ölkəmizin hər yerində olduğu kimi, Gəncədə böyük yazıçının adına layiq səviyyədə keçirilir. Qeyd etmək yerinə düşər ki, bu gün Gəncəyə gələn bütün qonaqlar dahi Nizami Gəncəvi Gəncənin əfsanəvi xanı Cavad xanla yanaşı, böyük insan, gözəl yazıçı alim Mir Cəlal Paşayevin ev muzeyini hörmət məhəbbətlə ziyarət edirlər.

 

 

Hüseyn HATƏMİ

Gəncə

 

Ədəbiyyat qəzeti.- 2010.- 24 sentyabr.- S.3.