Bakı Slavyan Universitetində "Rus Kitab Evi" açılıb

 

Bu günlərdə Bakı Slavyan Universiteti "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf fondu arasında elm, mədəniyyət təhsil, rus dili ədəbiyyatının təbliği, rus mədəniyyəti mənəviyyatı dəyərlərinə qovuşma sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda Bakı Slavyan Universitetinin "Moskva auditoriyası" Rusiya Tədris Mədəniyyət Mərkəzinin nəzdində "Rus Kitab Evi" kitab mağazasının filialının açılması, burada müasir rus ədəbiyyatı təmsilçilərinin ədəbi yaradıcılıq gecələrinin, universitet tələbə müəllimlərinin Rusiyanın yazıçı şairləri, naşirləri, yaradıcı əmək KİV nümayəndələri ilə görüşlərinin təşkili keçirilməsi, bədii elmi ədəbiyyat, lüğət məlumat kitabçaları, universitetin profilinə uyğun müxtəlif elmi sahələr üzrə dərsliklər dərs vəsaitləri ilə zənginləşdirilməsi nəzərdə tutulub. Mərasimdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Rusiyanın "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf fondunun prezidenti Valeriy Tursunov, fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rauf Həsənov "Rusiya İnformasiya Mərkəzi" Bakı ofisinin rəhbəri Ənvər Şeyxov da iştirak ediblər. Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev mərasimi açaraq qonaqları salamlayıb: "Əziz səfir, əziz qonaqlar, hər birinizə xoş gəlmisiniz deyirəm. Hamını bu kitab evinin açılması münasibətilə təbrik edirəm. Mən inanıram ki, bu kitab evi təkcə kitabların satışını təşkil edən yox, onları təbliğ edən mərkəz olacaq, Azərbaycan Rusiya dövlətləri arasında mədəni ocağa çevriləcək". K.Abdullayev qeyd edib ki, bu Kitab Evi təkcə müəllim tələbələr üçün deyil, bütün vətəndaşlar üçün xeyirli olacaq, slavyan filologiyası üzrə lazımi kitablar bu mərkəz vasitəsilə əldə ediləcək, burada rus ədəbiyyatı nümayəndələrinin ədəbi yaradıcılıq gecələri, universitet tələbə müəllimlərinin Rusiyanın tanınmış yazıçı şairləri, naşirləri ilə görüşləri keçiriləcək. Rektor qarşılıqlı əməkdaşlığa görə fondun rəhbərliyinə təşəkkür edib gələcək əməkdaşlıq üçün həmişə hazır olduğunu bildirib. Rusiyanın "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf fondunun prezidenti Valeriy Tursunov fondla universitet arasında dostluq əməkdaşlıq əlaqələrinin genişləndiyindən məmnun olduğunu bildirib: "Biz çalışdıq ki, "Rus Kitab Evi"nin ilk filialı məhz Bakı Slavyan Universitetində açılsın. Biz universitetinizdə fəaliyyət göstərən dil mədəniyyət mərkəzlərinizə slavistika sahəsində nəşr olunmuş kitabların gətirilməsinə yaxından köməklik göstərmək niyyətindəyik. Çox sevinirik ki, bizim BSU-da "Evimiz" var". Mərasimdə iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin əməkdaşlıq istiqamətində atılan yeni addımı müsbət qiymətləndirib: "Bu təkcə ikitərəfli əməkdaşlıq müqaviləsi deyil, həm mədəni sahədə böyük hadisədir". Səfir qeyd edib ki, Rusiya tərəfi hər zaman Bakı Slavyan Universiteti ilə əməkdaşlıq etməyə hazırdı. İmzalanma mərasimindən sonra "Rus Kitab Evi" kitab mağazasının filialının təntənəli şəkildə açılış mərasimi keçirildi tədbir iştirakçıları "Rus Kitab Evi" ilə yaxından tanış olublar.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 24 sentyabr.- S.5.