Dementyev Bakıdadır
Mən ilk dəfə
onunla redaktoru olduğu "Yunost" jurnalında
görüşdüm. Şair Nikolay Novikov bir neçə
şerimi adı çəkilən jurnala təqdim etmişdi.
Adətən redaktorlar quru, rəsmi, qaraqabaq, adamayovuşmaz
olurlar. Lakin Andrey Dementyevdə gülər üz, məhəbbətlə
baxan gözlər gördüm. O, Moskvada keçirilən
bütün ədəbi tədbirlərimizin fəal təşkilatçısı
və təbliğatçılarından biridir. Rəsul Rza,
Bəxtiyar Vahabzadə və başqa şair,
yazıçılarımızın
yaradıcılığı barədə necə odlu necə
oldu, ehtiraslı çıxışlarda bulunduğunu
çox görmüşəm.
Sovet imperiyası
dağılmağa başladı.
"Sovetskiy pisatel",
"Detskaya literatura" nəşriyyatlarında əsasən
Jakov Kozlovski tərəfindən tərcümə olunub,
çapa hazırlanan kitablarımın kitabı
bağlandı. Çap işi dayandırıldı. Giley-güzarla
başımı götürüb A.Dementyevin yanına gəldim.
- Sən bu
dağılmaqda olan vaxtda qurbansan, - deyib
qarma-qarışıq fikirlərimə aydınlıq gətirdi.
Sağ olsun! Açıqlığı, mərdliyi ürəyimcə
olanın şeirləri də ürəyimcədir. Bəzi
seçmələrini sevə-sevə, çox rahat çevirdim.
Yusif HƏSƏNBƏY
Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.7.