C.Cabbarlının
ev muzeyində
Görkəmli ədibin
ev muzeyində
tədqiqatçı-alim Asif
Rüstəmlinin "Cəfər
Cabbarlı: Həyatı
və mühiti" kitabının təqdimat
mərasimi keçirilmişdir.
Cəfər Cabbarlının
110 illik yubileyinin tədbirləri silsiləsinə
daxil olan yığıncağı dramaturqun
qızı, ev muzeyin direktoru Gülarə Cabbarlı açaraq Asif Rüstəmlinin böyük
sənətkarın həyat
və yaradıcılığına
dair yeni faktları üzə çıxarmaq sahəsindəki
əzmini, axtarışlarını
yüksək dəyərləndirmişdir.
Məclisin aparıcısı
Qəzənfər Paşayev
tədqiqatçının müxtəlif illərdə
nəşr olunan
"Çırpınırdı Qara dəniz", "Tufanlardan keçən ömür", "Susmaz
duyğuların səltənətində",
"Ədəbi istiqlalımız"
kimi dəyərli kitabları, məclis iştirakçılarının diqqətinə çatdırmışdır.
Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyev isə çıxışında
bu əsərin indiyədək həmin mövzu ətrafında yazılan digər tədqiqatlardan fərqini nəzərə çarpdırmışdır.
O qeyd etmişdir ki, A.Rüstəmli Cabbarlıya dair araşdırmalarında bu
sahədə özünü
büruzə verən
əksər qaranlıq,
kölgəli mətləblərə,
mübahisəli məqamlara
tam aydınlıq gətirməyə
çalışır və
buna nail olur.
Yığıncaqda filologiya
elmləri doktoru,
professor Vaqif Arzumanlı,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
kafedra müdiri Gülşən Əliyeva,
sənətşünaslıq fakültəsinin dekanı
Vəfa Xanoğlan,
professor Əzizağa Quliyev,
"Xalq qəzeti"nin
baş redaktor müavini Tahir Aydınoğlu, şair Oqtay Rza, əməkdar
artist Eyyub Yaqubov, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivinin direktoru Maarif Teymur, "Zirvə" Ziyalılar İctimai Birliyinin sədri Minayə Dəyanətqızı və
b. çıxış edərək
tədqiqatın əhəmiyyətindən,
Cəfər Cabbarlının
Azərbaycan dramaturgiyasının
və teatrının
inkişafı sahəsindəki
xidmətlərindən və
s. məsələlərdən söhbət açmışlar.
Məclisin sonunda Asif Rüstəmli tədbirin təşkilatçılarına,
məclisə toplaşanlara
təşəkkürünü bildirmişdir. O, Cəfər
Cabbarlının və
onun ədəbi irsinin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin,
incəsənətinin təkamülündə,
mənəvi dəyərlərimizin
zənginləşməsində, milli şüurun təşəkkülündə, vətənpərvərlik duyğularının
oyanmasında, azadlıq
və istiqlal məfkurəsinin formalaşmasında
göstərdiyi xidmətlərdən
danışmışdır. Bildirmişdir ki, bu sahədəki araşdırmalarını, tədqiqatlarını
yenə də davam etdirəcək və elmə məlum olmayan sənədləri üzə
çıxaracaqdır.
"Elm" nəşriyyatında
çap olunmuş
"Cəfər Cabbarlı:
Həyatı və mühiti" adlı kitaba filologiya elmləri doktorları İslam Ağayev və Nazif Qəhrəmanlı
rəy vermişlər.
A.İsmayıloğlu
Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.3.