Sönən deyil bu ocaq
Zülmün topu var, gülləsi var,
qələsi varsa,
Haqqın da bükülməz qolu,
dönməz üzü vardır.
Hüseyn Cavid
Din ruhun anasıdır -
Allah astanasıdır.
Din müqəddəs elmdi,
Yurdum - elim, dilimdi.
Dil kəsən, ev yıxanlar,
Qan töküb, can
yaxanlar,
Allah verən canları
Din adından doğrayan,
İnsanın Allahına
İnamın oğurlayan
Qəlbi kor, vicdanı kar, -
Sən Allahın
evində
Şeytana oldun nökər.
Bu aşura günündə
Baban Yeziddən də sən
Bir az
o yana getdin.
Cavan balalarımı
Qanına qəltan etdin.
Allahın hüzuruna
Nə üzlə gedəcəksən?
Əlində günahsız
qan
Mələk geyimli şeytan.
Nahaq qan yerdə qalmaz,
Sönən deyil bu ocaq.
Elə od var, üstünə
Su töksən söndürməyə
Daha da gur yanacaq.
Fikrət Qoca
Ədəbiyyat
qəzeti.-2010.-8 yanvar.-S.5.