"Azərbaycan" N-11

 

"Azərbaycan" jurnalının noyabr sayı Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi ilə əlaqədar Vaqif Yusiflinin "Sənət məbədimiz" məqaləsi ilə açılır. Yazıda Birliyin yaranmasının birinci günündən (13 iyun 1934-cü il) bu vaxta qədər olan müddətdəki fəaliyyətindən geniş söhbət açılır.

Poeziya həvəskarları bu yeni sayda İslam Sadığın, Bilal Alarlının, Əlihəsən Şirvanlının, Şakir Xanhüseynlinin, Atif İslamzadənin Sahib Aslanzadənin yeni şeirləri ilə "Poeziya" bölməsində tanış ola biləcəklər.

Uilyam Somerset Moemin "Sadiq arvad" üç pərdəli komediyası Yaşarın tərcüməsində macar şairi Şandor Petefenin şeirləri Ağasəfanın çevirməsində "Yeni tərcümələr" bölməsində verilib. Ağasəfa həmçinin şairin yaradıcılığından bəhs edən "Yanmaq üçün doğulan" başlıqlı ön söz yazıb.

Mübariz Cəfərlinin müasirlərimizin həyatından bəhs edən "Əl" povesvti Xumar Ələkbərlinin "İtirilmiş vaxt", "Vərdiş" "Xilaskar" hekayələri bu sayda çap olunub.

Gənc şairlərdən Aynur, Xatirə Sadıqova, fərid, Faiq Hüseynbəyli Kəramət Böyükçöl "Ədəbi gənclik" bölməsinin qonaqlarıdır.

Jurnal Məmməd İsmayılın 70 yaşını Cavanşir Yusiflinin "Məmməd İsmayılın bəxtinə düşən günYaxud: budağında quş yuvası bir ağac" məqaləsi ilə təbrik edir.

Ədəbiyyatşünas-alim Əlyar Səfərlinin, şair Hacı Ələmdar Mahirin, şair, nasir dramaturq İlqar fəhminin, görkəmli tənqidçi Vaqif Yusiflinin, gənc şair Arif Buzovnalının "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadənin qəzəl janrı əruz vəzni barədə ətraflı söhbətləri "Qəzəl de ki…" başlığı altında "Dəyirmi masa" bölməsində verilib.

Zakir Sadatlının "Gündoğandan günbatana" Bağdad təəssüratının əvvəli bu sayda çap olunub.

Uğurlu fəxrinin "Nəsrin poetik axtarışları", Xatirə Quliyevanın "Dünya maarifçi ədəbi-estetik fikrinin əsas pinsipləri", Bəsirə Əzizəliyevanın "Livanın danışan dili" Sədaqət Həsənovanın "Mikayıl Müşfiq ədəbi dilimiz" yazıları "Tənqid ədəbiyyatşünaslıq" bölməsinindir.

Musa Ələkbərlinin "Yoxuşlar zirvəyə aparır" yazısı isə "Kitablar, rəylər" bölməsində verilib.

Daimi bölmələrdən olan "Kitab rəfi"ndə "Heydər Əliyev Azərbaycan ədəbiyyatı" (məqalələr) kitabı barədə, habelə Seyfəddin Rzasoy, Səlahəddin Xəlilov, Baba Babayev, Rahid S.Ulusel, Əlizadə Əsgərli, Tahir Hüseynov, Nazif Qəhrəmanlı, Raqub Kərimov, Adil Cəmil, Azər Abdulla, Reyhan Kənan, Əziz Kərim, Elnarə Mirzənin b. yeni kitabları barədə yazılar verilib.

 

 

P.Mahmudova

 

Ədəbiyyat qəzeti.-2010.-8 yanvar.-S.6.