Şair qadınıq
Gəlsək, təzə gəlir, tər gəlirik biz,
Hissə düşüncəyə yar gəlirik biz.
Həya, abır gəlir, ar gəlirik biz ,
Şerin yaşmağıyıq, nazıyıq elə.
Möhürdü, basılır söz alnımıza,
Dözüb, alışırıq biz alnımıza.
Tanrıdan aşağı öz alnımıza
Əlimizlə qonan yazıyıq elə.
Bizi görsələr də, görməsələr də,
Çəkir çöhrəmizi gölməçələr də.
Bir qala bürcünə hörməsələr də,
Bu bəxtdən, taledən razıyıq elə.
Zamanıq; yaxına, dosta ömürük,
Alışdıq - ocağıq, söndük - kömürük.
Sözdə doğuluruq, sözdə ölürük,
Qismətin çoxuyuq, azıyıq elə.
İstiyik, oxşasa doğma əl bizi,
Kövrəyik; sınırıq, əysələr bizi.
Naləyik, fəryadıq, çalsa dərd bizi,
"Yanıq Kərəmi"nin sazıyıq elə.
Qardaşa qardaşıq, övlada ata,
İgidik cəbhədə, ərik davada.
Bir çınqı işığa, bir çınqı oda
Qatın, qəlbinizin közüyük elə.
Üzdə söz-söhbətin, içdə adınıq,
Şair doğulmuşuq, şair qadınıq.
Nə bir şöhrətinik, mükafatınıq…
Di gəl, səbrimizin diziyik elə.
***
Öldürürsən, diri baxır,
Hər qaş altdan biri baxır.
Gözlərin nə iri baxır,
Gözlərini dərd böyüdüb?
Tanrı qəmə
büküb verib
Kirpiyinə tikib verib.
Bizə iki-iki verib,
Səninkini dörd böyüdüb.
***
Baş tutmasa bu sevda,
Hönkürüb gedəsiyəm.
Oda düşən
qəlbimi
Söndürüb gedəsiyəm.
İsinməsəm istimə,
Kor olacam tüstümə.
Düz dünyanı
üstümə
Güldürüb gedəsiyəm.
Əcəl kəssə
yanımı,
İçəcəyəm qanımı.
Dirilsə, bu canımı
Öldürüb gedəsiyəm.
Nə fayda
Qədiri yox, qiyməti yox bu şerin,
Yaxasına gül taxıla, nə fayda?
Öz-özümdən küsüb
durum-durmayım,
Ya ovunum bu nağıla,
nə fayda?
Havalanıb, qanadlanıb
uçurlar,
Görən kimi oxşayırlar, qucurlar?
Kimə qalır
əziyyətlər, əcrlər,
Deyək elə mən fağıra, nə fayda?
Yollarımda tələydimi, bilmirəm.
Düzüb-qoşan fələkdimi, bilmirəm.
Əvvəlindən beləydimi,
bilmirəm,
Uyub durdum bu ağıla,
nə fayda?
Əlindədi sehr günüm, sirr günüm,
Zikr günüm, dua günüm, pir günüm.
Tutula ha, onsuz
keçən bir günüm
Lap şəkərə,
lap noğula, nə fayda?
Biçib-töbkdü doğru-yalan
bu ömrü,
Şeir adda eşqi - haram bu ömrün.
Məndən sonra ona qalan bu
ömrün
Sevincindən qəm doğula, nə fayda?!
Dünənki
İnnən belə
şənbə-bazar, - fərqi
yox,
Ömrün bəzək-düzəyinə sərgi
yox.
İşsiz ğünün,
bekar ğünün dərdi yox,
Açan səhər,
gələn sabah
- dünənki.
Bişir, düşür,
hərlən, fırlan,
otur, dur,
Hər anını bir saata ötür, dur.
Nə tapmısan
ömür boyu, itir, dur,
Oruc, namaz, savab, günah
- dünənki.
Nə vecinə,
saralan kim,
solan kim,
Ğördüyündə həqiqət
kim, yalan
kim,
İnnən belə
elə hərlən dolan ki,
Ğörən desin, - bu qız, vallah,
- dünənki.
Dünənkinin gözü
yoxdu sabahda,
Bir özünütəkrar gözlər
qabaqda.
Dünənkini yamanlama
nahaqdan,
Başın üstdə - qadir Allah dünənki.
***
Mənə tanış
gəlmirsən,
Yaddaşım əzab çəkir.
Tutmusan əllərimdən,
Əllərim cəza çəkir.
Nə yaxınıq,nə uzaq,-
Gah udaq, gah uduzaq.
Özünə çəkən
uşaq
Bir az da bizə
çəkir.
Dostmuyuq, tanışmıyıq,
Hər nəyik, danışmayaq.
Durmuşuq tanışsayaq,
Yox, bizi nəsə çəkir.
***
Vaxtın çəkçevirində
Hər an - bir zərbə kimi.
Yamanlığın üzündə
Yaxşılıq - pərdə kimi.
Qismət mənə
üz tutdu,
Əyri idi, düz tutdum.
Köhnə yaram köz tutdu
Bu təzə dərdə kimi.
Söz-söz ac oldu mənə,
Sirri açıldı mənə.
Dünya uçuldu
mənə
Namərddən mərdə kimi.
Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.4.