Rafiq Yusifoğlu -
60
Hörmətli Rafiq müəllim!
Sizi - tanınmış şair və ədəbiyyatşünas alimi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Siz ədəbi fəaliyyətə erkən başlamış, ilk qələm təcrübələriniz 1966-cı ildə işıq üzü görmüşdür. "Yurdum - yuvam", "Ətirli dünyam", "Ocaq yeri", "Qəm karvanı", "Həsrət köçü", "Böyük arzuya gedən yol", "Ana dilim", "Fişəng yağışı", "Eşqim qarlı yollarında" və s. bədii kitablarınız nəşr edilmiş və geniş oxucu auditoriyas qazanmışdır. Siz tərcüməçi kimi də səmərəli fəaliyyət göstərirsiniz. Dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət on tərcümə kitabının müəllifisiniz.
Sizin çoxşaxəli yaradıcılığınızın bir sahəsi də elmi-tədqiqat işidir. Siz filologiya elmləri doktoru, professorsunuz. "Azərbaycan poeması, axtarışlar, perspektivlər" monoqrafiyanız, ali məktəb tələbələri üçün "Ədəbiyyatşünaslığın əsasları", "Müasir ədəbi proses və ədəbi tənqid", "Uşaq ədəbiyyatı" kimi dərs vəsaitlərinizdən tədris sistemində uğurla istifadə olunur. Siz uşaqların sevimli şairisiniz və 1985-ci ildən uşaqların sevimli jurnalı "Göyərçin"də çalışırsınız. 1997-ci ildən həmin jurnalın baş redaktorusunuz. 2005-ci ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüsünüz.
Hörmətli Rafiq müəllim!
Sizi bir daha 60 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar
Birliyi
Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.4.