Bədii həqiqətin poetikası

 

Azərbaycan poeziyasının görkəmli nümayəndələri sırasında poeziyasının orijinallığı, bədii təfəkkürünün genişliyi ilə heyranlıq doğuran, məxsusi yaradıcılıq ovqatı ilə diqqət çəkən istedadlı şairələrdən biri Firuzə Məmmədlidir. O, təkrarsız təravətli obrazları, fərdi ifadə tərzi, mənəvi-əxlaqi təsəvvürlərindən qaynaqlanan lirik -epik qənaətləri, həmçinin digər orijinal poetik məziyyətləri ilə çağdaş peziyamızın aparıcı simalarından birinə çevrilmişdir. Onun poetik düşüncələrinin fərdiliyi yaradıcılıq simasını müəyyənləşdirməklə yanaşı, əsərlərinin ideya -bədii, estetik dəyərini artırır. Bu mənada, qətiyyətlə demək olar ki, Firuzə Məmmədlinin poetik nümunələri Azərbaycan poeziyasını yeni ideyalarla, zamanın ruhuna uyğun yüksək qayəli mövzularla, vətəndaşlıq keyfiyyətləri ilə zənginləşdirən poeziyadır. Bu poeziya öz xalqını özünüdərklə, gücünü, qüdrətini duymağa, oyanışa, mənəvi yüksəlişə, vətənə, dövlətçiliyə sədaqətə, yurdun hər qarış torpağı üçün mücadiləyə vətənin bütövlüyü uğrunda şərəfli döyüşə səsləyir. Onun şeirlərində tarixi haqsızlıqlara, riyakar, ikiüzlü siyasətə, cəmiyyətdəki ədalətsizliklərə qarşı bir barışmazlıq ovqatı yaşanır.

"İntiqamı sərt olacaq o günün" şerində bu barışmazlıq mövqeyi üsyankar bir ovqatı ehtiva edir.

 

Arıdacaq günahları haqq özü,

Öz rənginə boyanacaq , qara.

Tükənəcək siyasətin saqqızı,

Boylanacaq kaspilərə, saqlara.

 

Şair özünəməxsusluğunun yetkitnləşməsi lirik "mən"in yetkinləşməsinə, onun fəaliyyət sərhədlərinin lirik epik müstəvidə daha da genişlənməsinə rəvac verir. Şeirdə tarixi haqsızlıqlara münasibət vətənpərvərlik zəminində daha ehtiraslı boyalarla, obrazlı təfəkkürün məxsusi, özəl cizgiləri ilə təqdim olunur.

 

Söküləcək Qarabağın dağları,

Hər qatından alp ərənlər qopacaq.

Dəxil düşmüş iskit, qıpçaq, saqların

Nərəsindən dağ dələnlər qopacaq.

 

Daha sonra lirik "mən"in ruhunda yurdun bütövlük himni səslənir. Tarixin yaddaşı diksinir.

 

Silkinəcək Dərbənd, Göyçə, Borçalı,

Üst -başından yabançını çırpacaq.

Ay-ulduzlu bayrağımız ucalıb

Göylərindən talançını çırpacaq.

 

Zamanın təlatümləri, azadlıq mücadiləsinin kəskinliyi şairin yeni ifadə tərzində, obrazların rəngarəngliyində, mövzuya uyğun formanın əlvanlığında, fərdi duyumun poetik detallarında gerçəkləşir. Bu şerin ruhuna üsyankar, lakin ritorikadan uzaq, səmimi bir pafos hakimdir. Şairin poetik qüdrəti ictimai həyatın bütün sahələrinə nüfuz edərək bədii ümumiləşdirmədə, poetik obyektin dəyərləndirilməsində, obrazlarla təsvirində canlı müşahidələrə, predmetə yaradıcı müdaxiləyə əsaslanır. Onun poeziyasında naturalist təsvirə rast gəlmək mümkün deyil.

Firuzə Məmmədlinin üslubu özünəməxsusluğu yaradıcılıq fərdiliyi yetkinlik mərhələsinə çatandan sonra da həmişə inkişafda, yeni keyfiyyətlər kəsb edərək formalaşmaqdadır. Təkamül inkişaf böyük istedadın mahiyyətindən doğan prosesdir. Bu mənada Firuzə Məmmədlinin fərdi üslub baxımından yaradıcılıq axtarışları əyaniləşən poetik zərurətdir. Bu bədii axtarışların yeni-yeni obraz, metafora, epitet digər uslubi vasitələrin üzə çıxması ilə sonuclanması, həmçinin mövzu forma dolğunluğu ilə diqqət çəkməsi təqdir olunasıdır. Şairin ənənəvi şeir formalarında qələmə aldığı poetik nümunələri ilə yanaşı, sərbəst hecayla sərbəstin sintezi olan qarışıq vəznlərdə yazdığı şeirləri məhz orijinallığı, modernizmi, məzmun forma yeniliyi ilə diqqəti cəlb edir. Firuzə Məmmədli sözün həqiqi mənasında böyük sənətkardır. Onun poetik kəşflərini, tapıntılarını bütövlükdə poeziyamızın uğuru kimi səciyyələndirmək olar. Məlum mövzunun qeyri-adi məzmunda, yüksək poetik-fəlsəfi tutumda orijinal təqdimatı, heyrət doğurur. Həqiqi sənətkarın, böyük istedadın qüdrəti məhz belə misralarla əyaniləşir.

 

Hər gün ölüm ayağıdır,

Ömür - ölümün oyağıdır.

Qara rənglərin ağıdır,

İnanmırsan, kəfənə bax.

 

Bu misraların qeyri-adiliyini şərtləndirən ən başlıca xüsusiyyət odur ki, burada şair minillik Şərq poetikasının əsasını təşkil edən müdrik islam fəlsəfəsinin, müqəddəs mahiyyətini dörd misrada poetik kodla təqdim edə bilmişdir. Bu misralarla şair təkcə poetik istedadının qüdrətini deyil, həmçinin məxsus olduğu dilin zəngin ifadəliliyini sərgiləyir. Bu misraları bədii-fəlsəfi düşüncəmizin uğuru da adlandırmaq olar.

Rəvan təbii üslub, şeirlərinin vəzn, qafiyə, forma, bölgü poetik stukturun digər elementlərindən məharətlə istifadə etmək səriştəsi onun sənətkarlıq yetkinliyini şərtləndirən keyfiyyətdir. Obrazlı düşüncə, əsərlərinin bədii təsvir ifadə əlvanlığı, zamanla səsləşən mövzuların seçimi onların yüksək poetik vüsətlə işlənməsi, həqiqətən onun yaradıcılığının sənətkar, vətəndaş məziyyətlərini təqdim etməklə yanaşı, parlaq istedadının təbii imkanlarını da üzə çıxardır. Bu imkanlar isə lirik janrın, şerin imkanları kimi reallaşır, üslub yaradıcılığı üçün geniş üfüqlər açır, həm əsl sənət nümunələrinin yaranmasına səbəb olur.

Firuzə Məmmədli poeziyasının əsas atributlarından ən başlıcası torpaq, yurd sevgisi, vətənpərvərlik, xalq məhəbbəti yaddaşa qayıdış duyğusudur. Bu ovqat lirik "mən"in vətəndaş xüsusiyyətinin, xarakterinin açılmasında böyük önəm daşıyır.

"Şəhid həyatı" şerini yüksək sənətkarlıq vətənpərvərlik müstəvisində uğurlu sənət nümunəsi kimi təqdim etmək olar:

 

Görürəm, burda da tənha deyilsən,

Dörd yanın qanına bələnib yatır.

Bu yatan ölümdür, sən ha deyilsən,

Əsgərsən, həyatın - şəhid həyatı.

 

Bu şeir poeziyamıza vətən, torpaq, qeyrət ətri qatan ən dəyərli poetik nümunələrlə bir məqamda, bir ucalıqda qərar tutmağa layiqdir. Bütövlükdə ədəbiyyatımızın, mənəviyyatımızın, milli düşüncəmizin öyünə biləcəyi poetik məqamdır bu misralar. Şəhidliyin müqəddəsliyinin son dərəcə yüksək bədii-fəlsəfi ehtivası heyrət doğurur belə heyrətamiz poetik məqamı kəşf edib poeziyamıza bəxş edən şair Firuzə Məmmədlidir.

Onun şeirləri əsl poeziyanı şərtləndirən bütün meyarlara uyarlıdır.

 

Qala divarındakı

qədim yazıdır

gözəl çöhrə.

Cibləri bank kişilər

pak, ya napak kişilər

qala divarlarındakı

yazıya qısqanırlar

ciblərini.

 

Zahirən sadə təsir bağışlayan bu metaforaların alt qatında incə mətləblər, böyük dərin həqiqətlər gizlənir. Poetik nümunənin diqqət çəkən məziyyəti ondadır ki, bu obrazların konkret fikir yükünün açılması oxucunun intellekti ilə mütənasibdir. Burada metaforaların qarşılaşmasından alınan ahəngdarlıq məzmunun zənginləşməsinə xidmət edir.

Bu şeir zəngin poetik təfəkkürün, intellektual düşüncənin bədii sənət müstəvisində uğurlu təzahürüdür.

Şairin yaradıcılığı ovqat mövzu aspektindən dərəcədə əlvandırsa, poetik fikir, hiss düşüncələri bir o qədər rəngarəng səmimidir. Xəlqiliyin, müasirliyin modernizmin hormoniyasından doğan bu misralar bədii mündəricisinə görə həqiqi sənət nümunəsidir:

 

Novruz bayramını

sevindirmək istədim

evimdə.

Bazara girəndə

ciblərim

başını ikiəlli tutdu.

 

Firuzə Məmmədlinin şeirlərində həyatın bütün tərəflərinə poetik baxış genişmiqyaslı çox aspektlidir. Bu poeziya xalqımızın dünənini bu gününü, onun maddi-mənəvi dəyərlərini, arzu, düşüncə qayğılarını sənətkar məharəti ilə əhatə edir. Özünəməxsusluq baxımından elmi -nəzəri söhbət açmağa onun yaradıcılığı geniş, dolğun materiala malikdir. Modern düşüncəylə yazılmış əsərləri tədqiq təhlil üçün kifayət qədər imkanlar açır.

Görkəmli şairin yaradıcılığı dərin ideya, mənəvi-əxlaqi, ictimai baxış nümunəsi olmaqla bərabər, yüksək ədəbi zövq, yetkin sənətkarlıq poeziya nümunəsidir. Özünəməxsus dəyərlərlə yetkinləşmiş, sənətkarlıq axtarışları ilə cilalanmış bu poeziya çağdaş poeziyamızın ədəbi xəzinəsində öz layiqli yerini tutur.

 

 

Balayar Sadiq

 

Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.4.