"Əli Nino" indi 33 dildə

 

"Azərbaycan İnternəşnl" jurnalının Los Anceles şəhərindəki redaktoru Betti Bleyerin əldə etdiyi ən son məlumata görə, Qurban Səidin qocalmayan sevgi hekayəsi "Əli Nino" bu yaxınlarda alban dilində işıq üzü görmüşdür.

Bu günə kimi "Əli Nino" 33 dildə - alban, ərəb, Azərbaycan, benqal, katalan, kantonez (Çin), çex, Danimarka, holland, ingilis (breyl, görmə öyrənmə qüsuru olan insanlar üçün danışan kitablar iri çaplı nəşr), fin, fransız, gürcü, alman, yunan, ivrit, macar, İndoneziya, italyan, yapon, Koreya, Norveç, fars, polyak, portuqal (Braziliya və portuqal), rus, serb, Sloveniya, ispan, İsveç (həmçinin İsveç dilində korlar üçün danışan kitablar), türk urdu dillərində nəşr olunub.

İngilis dilindən alban dilinə tərcümə Quri Şiti tərəfindən edilmiş, Loredan Bubani tərəfindən redaktə olunmuş Albaniyanın Tirana şəhərində OMCA-1 (Luan Pengili) nəşriyyat evi tərəfindən 2009-cu ildə işıq üzü görmüşdür.

"Kitabın alban nəşrinin üz qabığını belə cazibədar edən kitabın lirik incə zövqlü dizaynıdır" - Betti xanım söyləyir. Rəsm əsəri Tiranada Təsviri İncəsənət Akademiyasının məzunu Elda Gikondi tərəfindən çəkilmişdir.

Beş ildən bəri bu kolleksiyanı toplayan hal-hazırda kitabın 100-ə yaxın nəşrini toplamış Betti xanım kitab haqqında "Bu günə qədər gördüyüm ən gözəl üz qabığıdır - deyir. - Alban dilində olan üz qabığında Əlinin Ninoya olan heyranlığı rəğbəti tam ifadə olunmuşdur. Bir çox hallarda rəssamlar əsəri oxumadan sadəcə olaraq Şərq islam stereotipinə əsaslanırdılar".

"Əli Nino" kitabı üçün üz qabığını dizayn edən rəssamlar içərisində Elda yəqin ki, ən gəncidir. Gənc olmasına baxmayaraq çox şeydən xəbərdardır. Eldanın çəkdiyi rəsm romanın ümumdünyəviliyini, Əli Nino cütlüyünün din, milliyyət cinslə bağlı əngəlləri aşmaq istəyini əks etdirir".

Azərbaycan İnternəşnl tezliklə romanın müəllifliyi haqda mürəkkəb məsələ ilə bağlı öz tədqiqatını nəşr edəcək. Bu tədqiqat beş ildən bəri müddətdə doqquz dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, italyan, türk, gürcü İsveç dillərində aparılır.

Bundan əlavə, Betti xanım Los Ancelesdə Kaliforniya Universitetinin kitabxanasında - bu kitabxanada Amerika Birləşmiş Ştatlarındakı ən iri kitab kolleksiyalarından biri saxlanır-1930-cu illərə aid jurnallarda (xüsusilə alman, ingilis) geniş məlumatlar tapmışdır.

Həmin tədqiqat "Azərbaycan İnternəşnl"in, hər nəşri 300 səhifədən ibarət olmaqla növbəti - ingilis Azərbaycan dillərindəki - iki nəşrində işıq üzü görəcək.

"Əli Nino"nun 33 dildə olan 100-ə yaxın nəşrinin üz qabıqlarını görmək üçün azer.com veb ünvanında Əli Nino səhifəsinə baxın.

 

 

Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.2.