Rəylər. Nəsr
Mənim fikrimcə, bu povest qeyri-normativ leksikaya malik olsa da, günümüzün
tələbinə uyğundur. Əsərdə müəllif bizim müqəddəs saydığımız
ziyarətgahlardan, Şeyx
Şamil, Koroğlu qeyrətindən də söhbət açır.
Tseseronla
Yuli Sezar arasında olan söhbətin fəlsəfi
mənasını da açıqlayır. Cəfər
Cabbarlı, Müşfiq
və digər Azərbaycan ziyalılarından
nümunə gətirir.
Ümumilikdə bir qadının
fədakarlığından bəhs edir. Azərbaycanda olan bəzi problemləri də qələmə alır. Çeçen qadınının bətnindəki
körpəni doğma
torpaqda dünyaya gətirmək cidd-cəhdləri
əsərin qayəsini
təşkil edir. Torpağından, yurdundan didərgin düşən
insanların mürəkkəb
həyatını da unutmur. Mənə elə gəlir ki, bu, Yusif
Həsənbəyin növbəti
uğurudur. O, belə
orijinal mövzulara tez-tez müraciət edir. 20 il
bundan öncə dənizçilərin həyatını
yaxından öyrənmək
üçün onun Avropaya etdiyi səfərləri maraqlı
əsərlərlə nəticələnmişdir.
Bu, Yusif Həsənbəyin
öz yaradıcılığına
nə qədər ciddi yanaşmasını göstərir.
Çingiz Abdullayev
Ədəbiyyat qəzeti.-2010.-15 yanvar.-S.5.