Səməd Vurğun - 105
Bahar nə xoş gəlir,
ruha dad verir,
Xəyala,
duyğuya
qol-qanad
verir;
Var olsun
şerimiz,
şairlərimiz! -
Hər
gülə-çiçəyə
təzə ad verir…
Bahar, istəklimsən
başdan, binadan;
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt
yaranmısan xoşbəxt anadan;
Gözünün
odusan şerin, sənətin, -
Ən
gözəl qızısan sən təbiətin!
…Min il ömür sürək səninlə
qoşa
Bir canda
döyünən iki ürək tək;
Min il nəfəs verək torpağa, daşa, -
Nəsildən-nəsilə təzələşərək…
Səməd VURĞUN
Ədəbiyyat qəzeti.- 2011.- 1
aprel.- S.1.