Şövkət Zərin Horovlu - 70
Hörmətli
Şövkət xanım!
Sizi - istedadlı şairimizi yubileyiniz münasibətilə təbrik edirik.
Siz - bədii
yaradıcılığa ötən əsrin yetmişinci
illərində başlamısınız.
İlk qələm təcrübələriniz - poetik
parçalar mətbuatda
dərc olunmuşdur. Ailənizlə birgə bir müddət Əfqanıstanda
yaşamısınız və burada ilk nəsr əsəriniz olan "Açılmamış
məktub" povestinizi
qələmə almısınız.
"Çinar həsrəti", "Mən
Araz qızıyam", "Sözün işığı", "Dünya, səndən nigaranam", "Heykəlləşən qatar", "Ürəyim
dan yeridir" və s. adlı
şeir və poemalardan ibarət kitablarınız
oxucuların ixtiyarına verilmiş və maraqla
qarşılanmışdır. Balaca oxuculara da "Babam əyri yeriyir", "Babam iki alıb" şeir kitablarını hədiyyə etmisiniz.
Siz Bakı Dövlət Universitetinin
filologiya fakültəsini bitirmisiniz. Uzun
illərdir pedaqoji fəaliyyətlə məşğulsunuz.
Respublika Təhsil Nazirliyinin fəxri fərman və
diplomları ilə təltif olunmusunuz.
Hörmətli Şövkət xanım!
Sizi yubileyiniz münasibətilə
bir daha təbrik edir, sizə cansağlığı, uzun
ömür və yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Azərbaycan Yazıçılar
Birliyi
Ədəbiyyat
qəzeti.- 2011.- 8 aprel.- S.5.