"Neman", N-3 - 2011

  

   Belarus Respublikası İnformasiya Nazirliyinin, "Belarus Yazıçılar İttifaqı" İctimai Birliyinin "Ədəbiyyat və incəsənət" redaksiya-nəşriyyat müəssisəsinin təsis etdikləri "Neman" aylıq dərgisi ədəbi-bədii və ictimai-siyasi jurnaldır. 1945-ci ildən Minskdə nəşr olunur.

"Neman" Azərbaycan-Belarus ədəbi-mədəni əlaqələrinə öz səhifələrində məmnuniyyətlə yer ayırır. Ötən saylarımızda bu barədə oxucularımıza məlumat vermişdik.

Ölkəmizin Belarusdakı səfirliyi bu əlaqələrin daha da genişlənməsi üçün mümkün köməyi göstərir.

Bu günlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən AYB rəhbərliyinə göndərilən məktubda göstərilir ki, ölkəmizin Belarusdakı Səfirliyindən daxil olmuş məlumata görə dahi mütəfəkkir Hüseyn Cavidin "Şeyx Sənan" əsərinin davamı "Neman" jurnalının mart sayında dərc edilmişdir.

Əlavə olaraq, H.Cavidin həmin əsərinin və "İblis" pyesinin bir hissəsi jurnalın 2010-cu il oktyabr nömrəsinə salınmışdır və dərginin cari ilin aprel sayında "İblis" əsərinin davamı çap olunacaq.

Məktubla birlikdə "Neman" jurnalının mart nömrəsi də göndərilmişdir.

Xarici ölkələrlə ədəbi-mədəni əlaqələrimizin daha da genişlənməsinə kömək göstərən bu kimi gərəkli səylər üçün əlaqədar təşkilatlara səmimi təşəkkürümüzü bildiririk.

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 15 aprel.- S.1.