Bir zaman
Bir zaman içimdə dəniz yaşardı,
Dalğaya dönərdi bir vaxt əllərim.
Xəyalıma bənzər gəmilər
vardı,
Ümid körpüsüydü göy
sahillərim.
Nəğməyə dönərdim, ləpələnərdim,
Sevən
pay umardı nəğmələrimdən.
Çiçəklər üstünə
səpələnərdim,
Güllər sevinərdi təbəssümümdən.
Nə tez ötüb getdi ömrümdən illər,
Sahillər boşalıb, perikib dostlar.
Bu qərib könlümdə
bir kaman inlər,
Hanı təmtəraqlı, ədalı
tostlar?
Fəsillər dəyişdi mən
göz açınca,
Başım düşününcə yaşım
tələsdi.
Payızın qırovu düşdü
saçıma,
Zamanın yelləri içimdə əsdi.
Gözlərim dikilib lal axan çaya,
Ləpələr darıxıb əlimdən
ötrü.
Mən ürək vermişdim bağa-bağçaya
Darıxan olmadı gülümdən
ötrü?
Bir zaman içimdə dəniz yaşardı,
Dalğaya dönərdi bir vaxt əllərim.
Xəyalıma bənzər gəmilər
vardı,
Ümid körpüsüydü göy
sahillərim.
Yağma, payız yağışı
Yağma
belə, yağma, payız yağışı,
Hələ qayğıların daşar
vaxtıdı,
Hələ ümidlərin yaşar vaxtıdı.
Öyrənmə gözümə axan
çənlərdən,
Öyrənmə üstümə yağan
qəmlərdən,
Yağma belə, yağma, payız yağışı.
Bu ilin xəzəli boldu hələ ki,
Hələ ki, hələ ki, dözür budaqlar.
Hələ qurumayıb axar
bulaqlar,
Hələ xatirəmin köynəyi
yaşdı,
Hələ ki, fələyin
yumruğu daşdı,
Bu payız ömrümün
kövrək çağıdı.
Yağma
belə, yağma, payız yağışı,
Ümid
bəslədiyim səsimi
duymur,
Saralır yamyaşıl arzum,
həvəsim,
Bir sevgi başıma tacını
qoymur.
Yaman həzinləşib odlu nəfəsim,
Yolumu çən tutur hər addımbaşı,
Yağma belə, yağma, payız yağışı.
Harda ağlayan var yetib dadına,
Dərd-qəmə ömrümün dadını
verdim.
Mən sevgi adına,
insan adına,
Yanar ürəyimin
odunu verdim.
Gördüm ki, boz dünya yaşıllaşmadı,
Yaman yaman qaldı, yaxşılaşmadı.
Sən nə dəyişirsən
bu yağışınla,
Yağma belə, yağma, payız yağışı.
Gözlərin bulud kimidi
Könlümün kövrək simisən,
Xətrinə dəyə bilmirəm.
Küsəyən uşaq kimisən,
Hər şeyi
deyə bilmirəm.
Al məni dərdin əlindən,
Qurtar hicranın
selindən.
Asılıb ümid telindən
Daha gözləyə
bilmirəm.
Gördüklərim yad kimidi,
Cığırlarım od
kimidi.
Gözlərin bulud kimidi,
Könlünə dəyə bilmirəm.
Həsrətdən ağarır saçım,
Baxışın - dərdə əlacım.
Nazın
qoymur könül açım
Sözümü deyə bilmirəm.
İşığın üzümdə
qalıb,
Ümidim izində qalıb.
Gözlərim gözündə qalıb,
Daha yeriyə
bilmirəm.
Şimşəyin ömrümə çaxdı,
Yağmurun könlümə yağdı.
Deyəsən, ayrılıq haqdı,
Daha kiriyə
bilmirəm.
Çiçəklər məndən aralı
Bir çəmənə mehr
saldım,
Çiçəyi məndən aralı.
Örpəyinə əl uzatdım,
Qönçəsi məndən aralı.
Görünür duman içində,
Boy atıb barmaq ucunda.
Bir çiçək açıb
içimdə
Ləçəyi məndən aralı.
Salxımı suya baş əyir,
Yarpağı yurdu döşəyir.
Xəyalı məndə yaşayır,
Gerçəyi məndən aralı.
Həsrətin qara xalı
Həsrətin gözümdə bir
qara xaldı,
Günbəgün böyüdü, gözümdə
qaldı…
Bu bahar vətənə döndü durnalar,
Sən də gəl, gözümün nurunu qaytar.
Gəl,
qurtar ömrümü
qəmin əlindən,
Dumanın əlindən, çənin
əlindən.
Gəl,
mənim ömrümə
bir işıq gətir,
Əriyən dünyama yaraşıq gətir.
Dənizi
qurumuş sahiləm sənsiz,
Suları sovrulan bir göləm
sənsiz.
Gəl,
mənim ömrümün
dadını gətir,
Sevgimin özünü,
adını gətir.
Sən getdiyin gündən susub nəğmələr,
Dünyamı dəyişən bu həsrət nədir?
Gəl,
gülsün gözlərim,
açılsın səhər,
Görüm dünya nədi, məhəbbət nədi.
Həsrətin gözümdə bir
qara xaldı,
Günbəgün böyüdü, gözümdə
qaldı…
Bu bahar vətənə döndü durnalar,
Sən də gəl, gözümün nurunu qaytar.
Ədəbiyyat qəzeti.- 2011.-
15 aprel. - S.5.