İlin ədəbi yekunları
Aprelin 13-də Azərbaycan MEA-nın Nizami adına
Ədəbiyyat İnstitutu
2010-cu ilin ədəbi
yekunlarına həsr olunan elmi müşavirə
keçirdi.
İnstitutun direktoru, akademik Bəkir Nəbiyev elmi müşavirəni açaraq
ötən ilin ədəbi-bədii
təsərrüfatının ümumi mənzərəsindən
və bu tipli müzakirələrin
əhəmiyyətindən danışdı. Sonra
filologiya elmləri doktoru Qurban Bayramovun poeziya, filologiya üzrə fəlsəfə
doktoru Lalə Əfəndiyevanın nəsr, professor
Aydın Dadaşovun dramaturgiya və fəlsəfə elmləri doktoru
Rahid Xəlilovun ədəbi
tənqid barəsində ətraflı məruzələri
dinlənildi.
Müşavirə
öz işini aprelin 15-də davam etdirəcək.
Tədbirdən hazırlanan
geniş material növbəti sayımızda veriləcək
Ədəbiyyat
qəzeti.- 2011.- 15 aprel.- S.6.