"Arazdan gələn səs"in əks sədası
Bu günlərdə AYB-nin Natəvan klubunda şair Şövkət Zərin Horovlunun "Arazdan gələn səs" romanının təqdimat
mərasimi və müəllifin "imza günü" keçirildi.
Əslində, 70 illik yubileyi
günlərinə təsadüf
edən təqdimat mərasimində Şövkət
xanımın yalnız
sözügedən romanından
deyil, ümumən onun yaradıcılığından
- poeziyası və publisistikasından da söz açıldı.
Mərasimi açan AYB katibi
Rəşad Məcid Şövkət xanımın
poetik istedadından, eyni zamanda, nəsr
sahəsində ilk qələm
təcrübəsi olan
"Arazdan gələn
səs" romanından
danışdı. Qeyd etdi ki, bu
roman Qarabağ mövzusunda,
qaçqın və köçkün ağrılarını
bədii həqiqət
kimi ortaya qoymaq baxımından maraqlı və dəyərli bir əsərdir. Sonra məclisi
idarə etmək yazıçı Elçin
Hüseynbəyliyə həvalə
edildi. O, təqdim
olunan romanın mahiyyəti və Şövkət xanımın
ümumi yaradıcılığı
barədə dəyərli
fikirlər söyləyib
müəllifi həm
bu əsərə, həm də 70 illik yubileyinə görə təbrik etdi. Təbrikin ardınca şair Elxan Zal Qaraxanlı
M.Kaşğari adına Beynəlxalq fondun "Türk törə ocağı"
mükafatını Şövkət
xanıma təqdim etdi.
Tədbirdə şair, f.ü.fəlsəfə
doktoru Adil Cəmil çıxış
edərək "Arazdan
gələn səs"
romanının geniş
təhlilini verdi
və belə əsərlərin yazılmasına
bir ehtiyac duyulduğunu söylədi.
Təqdimat mərasiminin
digər iştirakçılarından
tənqidçi Əsəd
Cahangir, prof. İsmayıl Kazımov, şairlərdən İlyas
Tapdıq, Oqtay Rza, Mahirə Abdulla, Rüzgar Əfəndiyeva,
Fərqanə, Fəxrəddin
Meydanlı, 14 saylı
məktəbin direktoru
Hürzad Verdizadə,
jurnalist Səriyyə
Xocalı çıxış
edərək öz aktuallığı və
maraqlı süjet olayları ilə diqqəti çəkən
roman haqqında mülahizələrini
auditoriya ilə bölüşdülər.
Sonda Şövkət Zərin
Horovlu tədbirə qatılanlara öz təşəkkürünü bildirib yeni şeirlərini
oxudu.
A.Savalan
Ədəbiyyat
qəzeti.- 2011.- 22 aprel.- S.5.