Məni bayraq kimi tutun yuxarı

 

Mənim həyatımın mənası var,

sizin üzünüzdə gülüş olmasa.

Babamın yadigar bir duası var:

səngər nəyə gərək döyüş olmasa.

 

Həyatın əzəli qanunu budur,

bağı dolaşırlar bağ bağ olanda.

Hər torpaq dünyada

məmləkət olmur,

parça var - yaşayır bayraq olanda.

 

İnsanlar olubdu dünyada bir vaxt,

kimidən ad qalıb, kimidən əsər.

Dibçəkdə bəslənən palıdlara yox,

çöldə - ağaclara meşə deyiblər.

 

Çətindir keçilən ömür yolları,

yaşamaq özü istəyir hünər.

Məni bayraq kimi tutun yuxarı,

sizə lazım olsam… o parça qədər.

 

 

Nəriman HƏSƏNZADƏ

 

Ədəbiyyat qəzeti.- 2011.- 22 aprel.- S.1.