Tofiq Hacıyev-75  

 

Hörmətli Tofiq müəllim!

Sizi - görkəmli dilçi alimi 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Yarım əsrdən artıqdır ki, siz elmi fəaliyyətlə məşğulsunuz. İlk məqaləniz 1957-ci ildə mətbuata çıxmışdır. İndiyədək neçə-neçə elmi əsəriniz işıq üzü görmüş, dərsliklərinizdən minlərlə tələbə bəhrələnmişdir. Siz həm dil, həm də ədəbiyyat məsələləri ilə məşğul olmusunuz. "Satira dili", "Azərbaycan ədəbi dili tarixi", "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili", "Yazıçı diliideya - bədii təhlil", "Sabir: qaynaqlar sələfləri", "Molla Nəsrəddin"in diliüslubu", "Şeirimiz, nəsrimiz ədəbi dilimiz" s. kitablarınız filoloji elmimizə töhfədir. İkicildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyası"nın, "Üzeyir Hacıbəyov ensiklopediyası"nın, AMEA altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin aparıcı müəllif və redaktorlarındansınız.

Azərbaycan Prezidenti İlham Əliyevin latın qrafikalı kitabların çap olunması haqqında sərəncamı ilə bağlı dörd kitabın tərtibçisiredaktorusunuz: "Dədə Qorqud" dünyası", "Dədə Qorqud" kitabı", "Ensiklopedik lüğət kitabı", "Kitabi-Dədə Qorqud" əsl sadələşdirilmiş mətnlər".

Siz 1958-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmisiniz. 1962-ci ildə Xarici Dillər Universitetində baş müəllim kimi əmək fəaliyyətinə başlamısınız. 1968-ci ildən Bakı Dövlət Universitetində çalışırsınız. Hazırda türkologiya kafedrasının müdirisiniz. Filologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının müxbir üzvüsünüz. Görkəmli türkoloq alim kimi respublikamızı bir çox mötəbər beynəlxalq toplantılarda layiqincə təmsil etmisiniz. Elmi-ədəbi fəaliyyətiniz yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuş, "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüsünüz. Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif olunmusunuz. Türkiyənin SənətçilərYazarlar Vəqfinin "Türk dünyasına hizmət" ödülü, Atatürk Dil Qurumunun "Üstün hizmət Baratı" və s. mükafatlara sahibsiniz.

Hörmətli Tofiq müəllim!

Sizi bir daha 75 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Yazıçılar Birliyi

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 29 aprel.- S.5.