Əlvida
Balaş
Azəroğlu, onun şair xanımı Mədinə
Gülgün o taylı bu taylı Azərbaycan ədəbiyyatının
Xudafərin körpüsü idi. Bu gün Balaş müəllimə
əlvida deyirik. Onun keşməkeşli, lakin çox şərəfli
ömür yolu, zəngin yaradıcılığı Azərbaycan
ədəbiyyatı tarixinə köçür. Bu tarixin
parlaq və şərəfli səhifəsi olacaq yüzillərdə
özünü vüqarla gələcək nəsillərə
təqdim edəcək. Balaş Azərolğu öz suyu ilə
özünü daşlara çırpıb
qışqıra-qışqıra gələn dağ
çaylarına bənzəmirdi. O, dərin dəryalar kimi təmkinli,
sakit axırdı. Ona yaxın olduqca onun nə qədər dərin
olduğunu hiss edirdin. Əsərlərinə baş vurduqca
onun yeni-yeni qatlarını kəşf edirdin. Onun sakitliyinin
doluluqdan olduğunu anlayırdın. Heç anlamasan da,
tanımasan da Balaş müəllimə fərq etməzdi. O,
heç nə itirmirdi. Onu öyrənməyən,
yaxşı tanımayan oxucu itirirdi. Həyatı
döyüşçü həyatı, taleyi şair taleyi
idi Balaş müəllimin. Bu gün bütöv Azərbaycanın
bir azadlıq mücahidini tarixə yola salırıq. Həmişəyaşar
bir şairimizlə vidalaşırıq. Lakin onun şəxsiyyətinə,
yaradıcılığına olan tükənməz məhəbbətimiz
bizimlədir:
Məhəbbət
də bir dindi, -
Məkkən
öz Mədinəndi,
Sənsiz
neynəyək indi
Ay Azəroğlu
Balaş,
Yerin
cənnət olaydı, -
Əlvida,
şair qardaş.
Fikrət QOCA
Ədəbiyyat qəzeti.- 2011.- 29
aprel.- S.2.