Valideynləri sevmək azdı
Öz könül həmdəmi
unudulmaz Xavər xanıma ömrün-günün
gözəl çağlarında
"Demə saçlarıma düşübdür
ağ dən, ürək qocalmayıb,
ürəyim sənsən" təskinliyi verən xalq şairi Səməd Vurğunun vaxtsız vəfatından
sonra o gözəl qəlb
sahibi, könül həmdəmi,
"böyük şairdən
nə qaldı?" sualı
qarşısında durdu heykəl
kimi məhəbbətilə.
Od-ocağını sönməyə qoymadı, xatirəsini,
ədəbi irsini yaşatdı,
övladlarını böyüdüb boya-başa çatdırdı, onları
görkəmli ziyalılar kimi yetişdirdi. Aprelin 27-də Səməd Vurğunun
ev muzeyində Xavər
xanımın anım günündə də məhz bu haq-saydan söz
açıldı. Muzeyin direktoru,
unudulmaz Aybəniz xanımın
yadigarı Aygün Vəkilova
onun yoxluğundan keçən 5 ilin yaşantılarını dilə
gətirdi, bu böyük
insanın Səməd Vurğun irsini, xatirəsinin
qorunmasındakı fədakarlığından söz açdı. Dedi ki, valideynləri sevmək azdı-onları yaşatmaq
lazımdı. Nənəsini qayğıkeş həyat
yoldaşı, gözəl ana, sevimli nənə və qürurlu vətəndaş
kimi xarakterizə edən Aygün
xanım ötən xatirələrin
işığındaca filologiya üzrə fəlsəfə
doktoru Aslan Salmansoya, professor Ülviyyə Hacıbəyliyə, əməkdar
mədəniyyət işçisi Səriyyə xanıma, şair
Nurəngiz Günə, tanınmış
jurnalistlər Zemfira Məhərrəmliyə,
İsmayıl Umudluya, məşhur
milyonçu Musa Nağıyevin nəvəsi
Dilarə Fərəcqızına
və başqalarına söz verdi, xatirələr dil
açdı.
Mədəniyyət
və Turizm Nazirliyinin
məsul işçisi
Əli İsmayılov
çıxışında qeyd etdi ki, ulu
öndər Heydər
Əliyev Səməd Vurğunun ev muzeyinin
açılışına sovetlər məkanının ən
görkəmli mədəniyyət xadimlərini dəvət etmişdi. "Mən Rusiyada
hərbi xidmətdə olarkən televiziya
kanallarından izləyirdim. Sonra tale elə
gətirdi ki, bu muzeydə işləyəsi oldum.
Mədəniyyət və
Turizm Nazirliyinin rəhbərliyi Səməd Vurğunun
ev muzeyinin fəaliyyətinə
xüsusi diqqətlə
yanaşır. Muzeyin 35 illiyi
nazirliyin qərarı
ilə qeyd olundu. Muzeyin əsaslı
təmiri nəzərdə tutulub. Bu muzey mənə çox əzizdi. Xavər xanım mənə
həmişə "Əli, oğlum"
- deyə müraciət edərdi".
Tədbirdə
Xavər xanımın gözəl xüsusiyyətindən,
gözəl ruhundan ən
səmimi duyğularla
söz açıldı, Vurğun
Vəkilov nənəsinin
xatirəsinə həsr etdiyi mahnını ifa etdi, sədəfli tar dilə gəldi, sənədli film nümayiş olundu.
Film boyu Xavər xanım Səməd
Vurğunlu günlərinin
unudulmazlığıdan söz
açır, qəribə bir utancaqlıq və qürurla "İndi də kölgəsi başımın
üstündədi" - deyirdi.
Sərvaz
Ədəbiyyat
qəzeti. - 2011.- 29 aprel.- S.2.