Güneydən gələn səslər
Aprelin 26-da Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda Cənubi
Azərbaycan ədəbiyyatı üzrə hesabat
yığıncağı keçirildi.
Mərasimi
AYB-nin birinci katibi, xalq şairi
Fikrət Qoca
açdı. Əvvəlcə poeziyamızın görkəmli
nümayəndəsi, cənub mövzusunda
ömrü boyu ləyaqətlə
qələm çalmış xalq şairi Balaş Azəroğlunun
xatirəsi bir dəqiqəlik
sükutla yad edildi, müzakirənin ustad
sənətkar Mir Cəlal Paşayevin anadan olmasının 103 illiyi ilə bir vaxta
təsadüf etdiyi qanunauyğun hal kimi dəyərləndirildi.
F.Qoca qeyd etdi ki, insan
azadlığı ilə birgə doğulur. O, bu
azadlığını öz yaşamı ilə irəli
aparmalıdı. Sənət, poeziya bu yolda insanlara
ləyaqətlə yardım
edir. Azərbaycan insanının o taylı-bu taylı Azərbaycanımızı
bütöv görməsi
arzusu bizim ədəbiyyatımızın,
söz sənətimizin həmişə
aparıcı mövzusu olub.
Sonra şair-publisist
Sayman Aruzun "Güney Azərbaycanda çağdaş ədəbi proses"
mövzusunda məruzəsi
dinlənildi.
Məruzə
ətrafında xalq şairi
Söhrab Tahir, tanınmış şair
Qulamrza Səbri Təbrizi,
filologiya elmləri doktoru Sabir Nəbioğlu,
şair, oftolmoloq alim Paşa Qəlbinur və
başqaları çıxış edərək Cənubi Azərbaycan
ədəbiyyatının bütün zamanlar üçün diri, oyaq qalan
mübarizə əzmindən, səfərbəredici xislətindən söz
açdılar. Vurğuladılar ki, ədəbiyyatın reaksiyası
həmişə aktiv olmalıdı. S.Aruz da məruzəsini
bu aktiv münasibət üzərində
qurub və maraqlı bir məruzə təqdim edib.
Müzakirələri xalq şairi F.Qoca
yekunlaşdırdı.
S.Əsgərli
Ədəbiyyat
qəzeti.- 2011.- 29 aprel.- S.3.