* İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və
haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir.
“Bəqərə” surəsi, 185-ci ayə
* Həqiqətən,
Biz Quranı Qədr gecəsi (lövhi-məhfuzdan
dünya səmasına)
nazil etdik!
* Qədr gecəsi (savab cəhətdən) min aydan
daha xeyirlidir! (O, Ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi
beşinə, əksər
rəvayətə görə
isə iyirmi yeddisinə təsadüf edir.)
“Qədr gecəsi” surəsi,
1 və 3-cü ayələr
Mənə bəxş edildi…
…Ona
Quranı nazil etdi. Bir Kitab ki, işığı sönməz,
parıltısı azalmayan
çıraqdır. Dərinliyinə heç kimin vara bilmədiyi dənizdir, yolçunu azdırmayan bir yoldur. İşığı solğunlaşmayan nurdur.
Həzrət İmam Əli (ə)
Ya həbibullah! Ya xeyrül-bəşər!
- müştaqinəm,
-
Eylə kim, ləbtəşnələr
yanıb dilər həmvarə su!..
Füzuli
Mənə bəxş edildi
Qurani-Kərim, -
Qərq oldu işığa
yorğun gözlərim!..
Qayğılar içində
təngnəfəsdim, -
Dedim bir göz
açım,
bir nəfəs dərim...
Gördüm bu işıqda
ötən illəri, -
Yaşayan illəri, itən illəri.
Sanki üşüyürdüm,
gəzdi saçımda
İlahi qüdrətin isti əlləri.
Dünya həm sevincdi,
həm də iztirab,
-
İnsandır gətirir
hər əzaba tab;
Yer üzündən şəri bəşər
siləcək, -
Bir əlində qələm,
birində Kitab!..
Ayaz VƏFALI
8.09.2010
Ədəbiyyat qəzeti.- 2011.- 12 avqust.- S.1.