Nizami Cəfərov: Latın
qrafikalı əlifbaya keçid məsələsində
digər türkdilli dövlətlər Azərbaycanın
təcrübəsini öyrənirlər
"Latın
qrafikalı əlifbaya keçidlə bağlı Azərbaycan
böyük təcrübəyə malikdir. Hazırda digər türkdilli
dövlətlər Azərbaycanın bu
yöndəki təcrübəsini öyrənirlər". Bu fikirləri yap.org.az
saytına Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, AMEA-nın müxbir
üzvü Nizami Cəfərov
demişdir.
N.Cəfərov
bildirmişdir ki, hələ
sovetlər dönəmində latın qrafikasından kirill əlifbasına keçid
xalqımıza qarşı repressiyanın bir
elementi idi. Repressiya faktoru olduğu üçün
bundan imtina doğru addımdır.
"Məhz
ümummilli liderimiz
Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi ki, latın əlifbasına
birdən-birə keçid baş vermədi. Bu proses müxtəlif səviyyələrdə
tədricən getdi. Azərbaycandan sonra Türk
dünyasında özbəklər də latın əlifbasına
keçid ərəfəsindədirlər.
Qazaxlar da bizim təcrübəmizi
öyrəndilər, Qazaxıstan Prezidenti
Nursultan Nazarbayevin
yaratdığı komissiya Türkiyə
və Azərbaycanda oldu. Ölkəmizdə
müəyyən məsləhətlər aldılar ki, əlifbaya keçərkən nə etmək
lazımdır və hətta xırda incəliklərə qədər
maraqlandılar, bizdə keçid baş verən zaman cəmiyyətin
müxtəlif zümrələrinin necə münasibət
göstərmələrini soruşdular. Yəqin
ki, qazaxlar da bu əlifbaya keçəcək.
Qazaxların ardınca qırğızlar da
bu addımı atacaq.
Çünki qazaxlarla
qırğızların dili bir-birinə çox yaxındır. Faktiki olaraq Azərbaycan dövləti bu dəfə də öncüllüyü
ələ aldı və uğurlu təcrübəni
digərlərinə verdi. Bundan
da başqa türk xalqları faydalanırlar. Eləcə
də, yarım müstəqil dövləti olan
türk xalqları, tatarlar,
başqırdlar, yakutlar da
bu məsələni düşünür
və bizim təcrübəni öyrənirlər"
- deyə komitə sədri vurğulamışdır.
Ədəbiyyat qəzeti.- 2011.- 12
avqust.- S.2.