"Azərbaycan"ın
avqust sayında
"Azərbaycan"
jurnalının 8-ci sayı Ağasəfanın "Göylərdən
baxan uşaq" adlı silsilə şeirlərilə
açılır. Sonra gəlir Təranə Musayevanın
türkcədən uyğunlaşdırılmasında
türkiyəli yazar Sərdar Özkanın "Kayıp
Gül" romanının davamı.
Ramiz
Qusarçaylının şeirləri ilə davam edən yeni
say yazıcı-publisist Asim Cəlilovun 75 yaşını Məmməd
Orucun "Sözün üfüqlərində"
yazısı və yubilyarın "Sonuncu güllə"
hekayəsilə qutlayıb.
İbrahim
İlyaslı, İltifat Saleh,
Bahadur Fərman,
Gülağa Tənha, Qədiməli Əhməd
və Kəmalənin yeni şeirləri, Mahmud Əhmədin "Tarçalan
Zeynal", Aliq
Nağıoğlunun "Hörmət"sizliyin cəzası",
Nurəddin Ədiloğlunun "At ətindən
kolbasa", Əzizağa Elsevərin
"Ağrı", Əli Həsənin "Rüşvət"
hekayələri də bu sayda
təqdim olunub.
Jurnalın "Yeni
tərcümələr" bölümündə Həmzəli
İlyasın çevirməsində çağdaş
rus nəsrinin tanınmış nümayəndəsi
Viktoriya Tokarevanın "Xoşbəxt sonluq" hekayəsi, "Qarabağ:
ağrılarımız, acılarımız"
bölümündə Vahid Məhərrəmlinin
"Qoşa Məzar", "Dünyaya pəncərə" bölümündə
Cəlal Bəydilinin (Məmmədov) "Dünya
mənən yenidən doğulmalı" yazıları yer alıb.
Yeni
sayın "Adlarda yaşayan
tarix" bölümü
Adil Bağırovun "Naxcıvanda sancaq, nahiyə və qəza adları",
"Gənc tənqidçinin tribunası" bölümü Sədaqət Əsgərovanın
"Molla Nəsrəddin" jurnalı və
qadın azadlığı məsələsi" məqalələrini
təqdim edib.
Jurnalın
daimi rubrikalarından olan
"Kitablar, rəylər"də
tanınmış tənqidçi Vaqif Yusiflinin "Yeni meyarlarla" yazısı yer
alıb. Burada Tahirə Məmmədin
"XIX əsr Azərbaycan ədəbiyyatı (I hissə)"
və Bədirxan Əhmədovun "XX əsr Azərbaycan ədəbiyyatı
tarixi ( II hissə)"
dərsliklərindən söhbət gedir.
Ulu öndər Heydər Əliyevin
anadan olmasının 88-ci
ildönümünə həsr olunmuş
"Müdriklik zirvəsi" toplusu haqqında jurnalın "Kitab rəfi"ndə məlumat verilir. Yeni sayın bu bölümündə
həmçinin Sedat Adıgözəlin Ankarada nəşr olunan
"İlyas Əfəndiyevin həyatı
və əsərləri", Camal Yusifzadənin
"Poeziya", Rəhim Əliyevin "Sözün mifi", Anar Həbiboğlunun "Əlini qoy ürəyimin üstünə", Əmrah
Xanməmmədlinin "İlahi sevgi", Nərmin Hüseynzadənin "Qırmızı", Cəmilə Elsevərin
"Ağsu: dünəndən sabaha", Məzahir Əhmədoğlunun
"Uembli arayışı", Gülbala Teymurun "Məni
bu sevgidən qoru,
Allahım", Vahid Məmmədlinin
" Atropatena dastanı", Zakir Abbasın "Kənar adam",
M.T.Ağamirzənin "İlahi nura doğru"
kitabları haqqında məlumat verilib.
S.Əsgərli
Ədəbiyyat qəzeti.- 2011.- 19
avqust.- S.5.