Əbədiyaşar
Bəxtiyar Vahabzadə
“Respublika” qəzeti unudulmaz sənətkarın
doğum günündə - 16 avqust tarixli sayında “Əbədiyaşar
Bəxtiyar Vahabzadə” ümumi başlığı
altında vaxtilə şairin özünün qələmə
aldığı tərcümeyi-halını (“Avtobioqrafiyam”)
ilk dəfə dərc etmişdir.
Materialın “Ədəbiyyat qəzeti”nin
oxucuları üçün maraqlı olacağını nəzərə
alıb çapını lazım bildik.
Əziz
oxucular!
Azərbaycanın
xalq şairi, akademik Bəxtiyar Vahabzadə 86 il əvvəl -
1925-ci il avqustun 16-da qədim tarixə malik Şəki şəhərində
dünyaya göz açmışdır. O, ilk gənclik
dövründən ömrünün sonunadək şair,
ictimai xadim və müəllim kimi bütün istedad və
bacarığı ilə xalqın, vətənin azadlıq və
müstəqilliyinə, milli ədəbiyyatın, elm və mədəniyyətin
inkişafına xidmət etmiş, zəngin irs yaratmışdır.
Bəxtiyar
Vahabzadənin əziz xatirəsi ölkəmizdə həmişə
ehtiramla yad ediləcəkdir. Onun əsərləri zaman-zaman
ürəklərdə yaşayacaq, nəsildən-nəslə
misilsiz ərməğan olacaqdır.
XX əsrin
80-ci illərində mənim xahişimlə Bəxtiyar Vahabzadənin
yazdığı “Avtobioqrafiya”sının (tərcümeyi-halının)
arxivimdə saxladığım əlyazma nüsxəsinin
faydalı olacağını nəzərə alaraq bu əziz
gündə onu gənc şairlərə, ədəbiyyat həvəskarlarına,
müəllimlərə və tədqiqatçılara ən
dəyərli hədiyyə kimi təqdim edirəm.
Teymur ƏHMƏDOV,
professor
16 avqust 2011-ci il
Ədəbiyyat qəzeti.- 2011.- 19 avqust.- S.1.