Şəkidə
xalq şairi Bəxtiyar
Vahabzadənin
xatirəsi anıldı
Unudulmaz xalq şairi Bəxtiyar
Vahabzadənin anadan olmasının
86-cı ildönümü münasibətilə
şairin doğulduğu
Şəki şəhərində xatirə tədbiri keçirilib.
Şairin
büstünün qoyulduğu
mərkəzi meydanlardan birində ictimaiyyət
nümayəndələrinin iştirakı ilə keçirilən
tədbiri şəhər İcra Hakimiyyəti
başçısının müavini Zərinə
Cavadova açaraq
2009-cu ilin əvvəlində əbədiyyətə
qovuşmuş Bəxtiyar Vahabzadənin
xatirəsinin həmyerliləri tərəfindən
daim əziz tutulduğunu
bildirilib. O, xalqımızın sevimli poeziya
ustasının xatirəsini anmaq məqsədilə
hər il avqustun 16-da
- şairin doğum
günündə Şəki şəhərində ənənəvi
olaraq "Bəxtiyar poeziya
günləri"nin keçirildiyini diqqətə
çatdırılıb.
Natiq
xalq şairinin xatirəsinin
əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin
imzaladığı sərəncamı xatırladıb, bu sənəddən irəli gələn vəzifələrin
icrasını təmin etmək məqsədilə şəhər
İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planının
təsdiq edildiyini, şəhərin mərkəzi
meydanlarından birində qüdrətli söz
ustasının büstünün qoyulduğunu, məktəblərdən və
şəhərin küçələrindən birinə şairin adının verildiyini
bildirib.
Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin
deputatı Yaqub Mahmudov,
Bakı Dövlət Universitetinin
professorları Şirməmməd Hüseynov,
Fərman İsmayılov, Azərbaycan
Yazıçılar Birliyi Şəki
bölməsinin sədri Vaqif Aslan və başqaları
çıxış edərək xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin
inkişafındakı böyük xidmətlərindən
danışıb, onun
yaradıcılığının müxtəlif məqamlarına
toxunub, şairlə bağlı xatirələrini
bölüşüblər.
Şairin ailə
üzvləri adından həyat yoldaşı Dilarə
xanım və qızı çıxış edərək
göstərilən diqqət və qayğıya görə
minnətdarlıqlarını bildiriblər.
Tədbirdə
şairin sözlərinə bəstələnmiş
mahnılar ifa olunub,
şeirlər söylənilib.
Ədəbiyyat qəzeti.- 2011.- 19
avqust.- S.2.